2020-ci ilin ilk azərbaycanlısı harada doğulub?

- RƏSMİ
01 Yanvar 2020 - 13:35

2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli doğum evində qeydə alınıb.

Bu barədə Səhiyyə Nazirıiyindən Modern.aza verilən məlumatda bildirilir. Qeyd edilib ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib: “Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir”.