“Britaniya səfiri naməlum əcnəbi kimi saxlanılıb” –

12.01.2020 · 18:50 · Dünya

İranın xarici işlər nazirinin müavini Abbas Arakçı bildirib ki, Böyük Britaniyanın bu ölkədəki səfiri Robert Maker qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranın Xаrici İşlər Nаzirliyinin rəsmisi bu barədə özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazirlik rəsmisi qeyd edib ki, saxlanılan şəxsiyyəti məlum olduqdan 15 dəqiqə sonra buraxılıb.

İran Britaniyaya nota verib

12.01.2020 · 18:43 · Dünya

İran Böyük Britaniyaya  nota verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağrılıb.

Səfirə diplomatik qaydalara zidd və   qanunsuz  toplantıya qatılmasına görə özünə və təmsil etdiyi dövlətə etiraz notası verilib. R. Makeyrə 1961-ci il Vyana Konvensiyasına zidd olaraq qanunsuz toplantıda iştirak etdiyi açıqlanıb və Britaniya hökumətindən bu haqda izahat tələb olunub.

Qeyd edək ki, R. Makeyr ötən gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.

“35 milyard dollar ödəməsələr, İraqdan çıxmayacağıq” –

12.01.2020 · 15:31 · Dünya

“Fox News” televiziyasının canlı yayınına qonaq olan prezident Tramp İraqın ABŞ qoşunlarının geri çəkilməsi üçün 35 milyard dollar ödəməli olduğunu söyləyib.

“Fox News”da Laura İnqrahamın qonağı olan ABŞ prezidenti Donald Tramp, İranla yaşanan gərginliklə bağlı bir çox önəmli açıqlamalar verib. Həmçinin Tramp ABŞ ordusunun İraqdan çıxarılması üçün 35 milyard dollar ödənməsini tələb edib.

ABŞ öz qoşunlarını İraqdan çıxaracaqmı?

ABŞ rəhbərliyinin Qasım Süleymaninin öldürülməsindən sonra ölkədəki ABŞ qoşunlarının geri çəkilməsi üçün bir mexanizm qurmaq istəyini şərh edən ABŞ prezidenti bölgədəki qoşunların yalnız ödəniş qarşılığında geri çəkiləcəyini bildirib.

ABŞ-ın İraq siyasətindəki hərbi varlığının yenidən gündəmdə olduğunu deyən aparıcının suallarına Tramp “İraqda dünyanın ən bahalı hava limanlarından birini inşa etdik. 35 milyard dollar xərclədik. Düşünürəm ki, İraq hakimiyyəti bizə bu pulu ödəməyə razı olacaq. Əks təqdirdə orada qalacağıq”, – deyə bildirib.

Xatırladaq ki, İraqın baş naziri Ağ Evdən ABŞ qoşunlarının ölkədən çıxarılmasını tələb etmişdi. ABŞ və İran arasındakı gərginlik artdıqdan dərhal sonra İraq hökuməti  ölkədəki ABŞ hərbi qüvvələrinin çıxarılması təklifini irəli sürmüşdü. Bu təklifə cavab olaraq ABŞ rəsmiləri İraq ərazisini tərk etməyəcəklərini açıqlamışdılar.

Qeyd edək ki, iki gün öncə İraq baş nazirinin rəsmi açıqlamasına görə, o, ABŞ dövlət katibi Mayk Pompeoya telefonla zəng edib və əsgərlərin ölkədən çıxarılması üçün mexanizm formalaşdırmaq istədiyini bildirib. (musavat.com)

Deputat olmaq istəyən 1047 nəfər qeydə alınıb –

12.01.2020 · 15:18 · Baş Yazı

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

Azpost.info bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, onlardan 1047 nəfərin namizədliyi qeydə alınıb: “Müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrini götürüb. 1772 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 1047 nəfəri qeydə alınıb”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.