Tbilisidə parlament binası qarşısında mitinq keçirilir

20.06.2020 · 20:33 · Dünya

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında kütləvi mitinq keçirilir. 

“İşğala qarşı birlikdə” şüarı ilə keçirilən mitinq “Qavrilov gecəsi”nin ildönümünə həsr edilib.

Mitinqin keçirildiyi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Gürcüstanın müxalif partiyalarının liderləri və tərəfdarlarının da qoşulduğu mitinq  COVİD-19 virusu ilə əlaqədar olaraq sosial məsafə saxlamaqla keçirilir.

Qeyd edək ki, ötən il iyunun 20-də Tbilisidə keçirilən Parlamentlərarası Provaslav Assambleyasının 8-ci sessiyasında Rusiya Dumasının Kommunist Partiyasından olan üzvü Sergey Qavrılovun Gürcüstanın parlament sədrinin kürsüsündə əyləşməsi Gürcüstanda etirazlara səbəb olub. Hadisədən bir neçə gün sonra parlament sədri İrakli Kobaxidze istefa versə də, etiraz aksiyaları davam edib. Növbəti günlərdə keçirilən aksiyaların əsas tələbləri ölkədə proporsional seçki sisteminə keçid və o zaman daxili işlər naziri, hazırkı baş nazir Giorgi Qaxarianın istefası olub.

“Xəstə deyiləm, hazırda xalqa xidmət edirəm” –

20.06.2020 · 20:25 · Sosial

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə icra başçısının özü “Report”un Qarabağ mərkəzinə bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm”.

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.

“Azəriqaz” Tovuzda qaz borusunun partlayışına aydınlıq gətirdi

20.06.2020 · 19:36 · Sosial

Bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun partlaması barədə xəbər yayılıb.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) “Report”a bildirilib ki, partlayışın birliklə hər hansı əlaqəsi yoxdur.

“Belə ki, rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilat dünən axşam saatlarında mövcud qaz xəttini yenisi ilə əvəzləyib, “Azəriqaz” İB-in Şəmkir Regional Qaz İstismarı İdarəsinə təhvil verib. Lakin qoşmadan sonra qaz axını yaxşı baş tutmayıb, yerli sakinlər qazın zəifliyindən şikayətləniblər. Ona görə də podratçı təşkilatdan qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılılaraq gələn həftə təhvil verilməsi tələb olunub. Bundan sonra isə iyunun 20-də səhər saat 09:00 radələrində qaz təchizatı dayandırlıb.

Podratçı təşkilat isə elə bu gün saat 16:00 radələrində “Azəriqaz” İB-in Şəmkir Regional Qaz İstismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb”, – deyə xəbərdə bildirilir.

“Qeyd edək ki, diametri 159 mm olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin 2 minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən, Şəmkir Regional qaz istismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur”, – xəbərdə əlavə edilir.

Mətbuat katibi Nursultan Nazarbayevin səhhəti barədə açıqlama verdi

20.06.2020 · 18:57 · Dünya

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

Bu barədə bu gün N. Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Tengrinews”a məlumat verib.

“Nursultan Nazarbayev özünü yaxşı hiss edir, xəstəliyi simptomsuz keçirir. Onun temperaturu stabildir. Qazaxıstanın birinci prezidenti həkimlərin nəzarəti altındadır. Həkimlərin bildirdiyinə görə, narahatlıq üçün əsas yoxdur”, – deyə A. Ukibay vurğulayıb.

O qeyd edib ki, N. Nazarbayev distant rejimdə çalışmağa davam edir.