Azərbaycanda beş partiya ofislə təmin olunub –

16.12.2020 · 14:19 · Baş Yazı

Azərbaycanda siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib.

Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Qeyd edək ki, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.

“Müharibədən zərər çəkmiş əhali arasında psixoloji durum gərgindir” –

16.12.2020 · 13:43 · Sosial

“Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası çərçivəsində Tərtər, Bərdə, Ağdam və Gəncədə olarkən müharibədən zərər çəkmiş əhali arasında psixoloji durumun gərgin olduğunu müşahidə etdik. Həmin ərazilərdəki əhaliyə müəyyən psixoloji yardım və dəstək lazımdır”.

Bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin nümayəndəsi Nurəddin Abdullayev deyib.

O bildirib ki, hesabat hazırlanandan sonra bununla bağlı müəyyən addımlar atılacaq.

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev geri çağrıldı –

16.12.2020 · 13:38 · Siyasət
Elman Abdullayev  Azərbaycanın Efiopiya, Keniya, Cibuti və Ruandadakı  fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.
,Bununla bağlı Prezident  İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət Başçısının digər sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır –

16.12.2020 · 13:31 · Baş Yazı

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə müvafiq dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir. (APA)

Təklif olunan dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11000 min manatadək məbləğdə cərimə edilir.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə  fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə  fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Hazırda həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.