İran vurulan tәyyarәyə görə 150 milyon dollar ödәyәcәk

13.01.2020 · 09:52 · Dünya

İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar ödәyәcәk.

“Trend” xəbər verir ki, bunu İranın Mәrkәzi Sığorta Tәşkilatının sәdr müavini Qulamәli Cahangiri ISNA-ya açıqlamasında deyib.

Q.Cahangirinin sözlәrinә görә, ödәniş İran vә Ukrayna dövlәtlәri arasında razılıq әsasında olacaq.

Cahangiri deyib ki, Ukraynaya mәxsus tәyyarә qәzaya uğrasaydı, sığorta şirkәtlәri onu ödәmәli olacaqdılar.

Cahangiri bildirib ki, lakin tәyyarә vurulduğuna görә, şәrait fәrqlidir.

Tәşkilat rәsmisi deyib ki, Boeing 737-800 model tәyyarәsinin yenisinin qiymәti 100 milyon dollardır. Lakin İranda vurulan tәyyarә tәxminәn 3 il işlәyib.

Cahangiri әlavә edib ki, nәticәdә tәyyarәyә dәyәn xәsarәtә görә, 70 milyon dollar ödәnilmәsi proqnoz edilir.

“Beynәlxalq sığortalara әsasәn hәr bir sәrnişinin yükü 1-1,5 min dollar civarında qiymәtlәndirilir” -deyә o qeyd edib.

İranlı rәsmi deyib ki, lakin bu rәqәm Ukrayna sığorta şirkәti tәrәfindәn müәyyәnlәşdirilmәlidir.
Cahangirinin sözlәrinә görә, ümumilikdә sәrnişin vә ekipaj heyәtinin sığortası 24 milyon dollar hesab olunur.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib

Astarada 1 milyon dollara otel tikmək planlaşdırırlar

13.01.2020 · 09:35 · İqtisadiyyat

Astara rayonu ərazisində yeni 3 ulduzlu otelin tikintisi planlaşdırılır.

Yerli «Khannad» şirkəti bu layihənin reallaşması üçün investor axtarır.

Layihəyə əsasən, otelin tikintisi 1,8 milyon manata və ya 1 milyon dollara başa gələcək. Otelin Talış dağlarının ətəyində, sağlamlıq turizmi üçün əlverişli olan ərazilərdə inşası nəzərdə tutulur

Vəsaitin 88%-nin yəni 1 milyon 584 min manatının kənar investor, 216 min manatının isə layihə sahibi tərəfindən yatırılması nəzərdə tutulur. Tikintinin bir il çəkəcəyi, yatırımın qayıtma müddətinin isə 7 il olacaqğı planlaşdırılır. (Fed.az)

Müasir insanların bədən temperaturu 100 il əvvəlki səviyyədən aşağı düşüb –

13.01.2020 · 09:20 · Sosial

Bir çox ölkələrdə insan bədəninin normal hərarəti 37 dərəcə, daha dəqiq desək, 36,2-37,5 dərəcə arasında hesab olunur. Bu standartı almaniyalı həkim Karl Vunderlix hələ 1851-ci ildə müəyyən edib. Lakin müasir məlumatlar göstərir ki, bu rəqəm şişirdilib. Məsələn, Böyük Britaniyada 25 min pasiyent üzərində aparılmış təhlil sübut edir ki, sağlam insanın orta bədən temperaturu 36,6 dərəcəyə bərabərdir.

AZƏRTAC bu barədə “The Daily Mail”ə istinadla xəbər verir.

Stenford Universitetinin Tibb məktəbindən olan mütəxəssislərin apardıqları yeni tədqiqat göstərir ki, yarım əsr ərzində insanın orta bədən temperaturu, ən azı ABŞ-da həqiqətən aşağı düşüb.

Komanda üç tarixi göstəriciyə dair məlumatları təhlil edib. Birincisi, 1862-1930-cu illərə aid olub, Vətəndaş müharibəsi dövründə əsgər və veteranların, yəni XIX əsrin birinci yarısında doğulan insanların səhhətinin vəziyyətini təsvir edir. İkinciyə 1971-1975-ci illərin, üçüncüyə isə ən müasir – 2007-2017-ci illərin məlumatları daxil edilib.

Ümumilikdə, araşdırmada 677 423 temperatur ölçməsi barədə məlumatlar əhatə olunub. Bunun əsasında tədqiqatçılar bu göstəricinin tarixi dəyişikliyini dəyərləndirmək üçün xətti model yaradıblar. Məlum olub ki, XX əsrin sonlarında doğulan insanların bədən temperaturu XIX əsrin əvvəlində və ya sonunda dünyaya gələn insanlarla müqayisədə nəzərəçarpan dərəcədə aşağıdır. Azalma tədricən baş verib və onilliklər ərzində orta hesabla 0,03 dərəcə təşkil edib.

Tədqiqat müəllifləri bədən temperaturunun tədricən azalmasını metabolizmin sürətindəki dəyişikliklə əlaqələndirirlər. Bu, müxtəlif səbəblərdən baş verə bilər. Məsələn, səhiyyənin yaxşılaşdırılması və yeməyin əlçatan olması xroniki iltihabi xəstəliklərin yayılmasını azaldıb. Bundan başqa, insanlar daha rahat, qızdırılan və havalandırılan mənzillərdə yaşamağa başlayıblar. Ətraf mühitin sabit temperaturu əvvəlki kimi daha bədən temperaturunun sərt requlyasiyasının tələb etmir.

Orta bədən temperaturunun aşağı düşməsinin bizim səhhətimizə necə təsir etməsi məlum deyil. Lakin məhz yüksək temperatur xəstəliktörədən göbələklərə qarşı mübarizə aparmaqdan ötrü insan bədəni üçün bir maneə hesab edilir.

Vladimir Visotskinin “Cənnət almaları” mahnısının ilkin versiyası tapılıb

13.01.2020 · 09:05 · Mədəniyyət

Rusiyanın görkəmli aktyor və bəstəkarı Vladimir Visotskinin erkən vaxtlarında bəstələdiyi “Cənnət almaları” mahnısının ilkin versiyası üzə çıxıb.

TASS agentliyi xəbər verir ki, səsyazma V.Visotski ilə dostluq edən Rusiyanın Xalq artisti İvan Bortnikin şəxsi arxivindən tapılıb.

İfaçının yaradıcılığını tədqiq edən Sergey Jiltsov bildirib ki, mahnı iki versiyada bəstələnib. Onun sözlərinə görə birinci versiya 1977-1978-ci illər arasında bəstələnib və “Deyirlər mən öləcəm…” sözlərilə başlayır.

Vladimir Visotski (1938-1980) 16 il teatrda çalışıb. O, 1959-cu ildən kinoda çəkilməyə başlayıb. “Qısa görüşlər”, “Təhlükəli qastrollar”, “Görüş yerini dəyişmək olmaz” filmlərində yaddaqalan obrazlar yaradıb. Kinematoqrafiya ilə onun poetik fəaliyyəti də sıx əlaqəli olub. V.Visotski kino üçün 130-dan çox mahnı bəstələyib.