Paşinyan ABŞ dövlət katibi ilə Qarabağı müzakirə edib

06.03.2021 · 11:48 · Dünya

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışğı olub.

Azpost.info bildirir ki, onlar müharibədən sonra regionada yaranmış son vəziyyəti müzakirə ediblər. Minsk Qrupu çərçivəsində sülh prosesinin bərpa olunmasının vacibliyi qeyd olunub.

ABŞ dövlət katibi münaqişənin həllində öz rolunu davam etdirməyə hazır olduğunu vurğulayıb.

Blinken Ermənistanla tərəfdaşlığın inkişafının mühüm olduğunu bildirib və ölkədə referendumun keçirilməsinə yardım edəcəklərini deyib.

 

 

Diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

06.03.2021 · 11:36 · Siyasət

“Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ” Twitter”də bildirib.

“Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, Hikmət Hacıyev qeyd edib.

 

“Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir” –

06.03.2021 · 11:33 · Siyasət

“Məscidin dağıdılması ilə yanaşı, həm də təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.

“Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri bu kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir. Gördüyünüz kimi, digər işğal edilmiş ərazilərdə şahid olduğumuz kimi, burda da görürük ki, bu məsciddən də heyvanların, donuzların saxlanması üçün istifadə edilib.

İndiyə qədər səfər edilən kəndlərdə yaşayış yerlərində də görmüsünüz ki, daş-daş üstündə qalmayıb. Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir”, – o qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib: “Bu ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub”. Hacıyev bildirib ki, bütün bu dağıntılara baxmayaraq Azərbaycan tikinti və bərpa işləri aparır. O qeyd edib ki, səfər çərçivəsində Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanışlıq olacaq.

Prezident İlham Əliyev Novella Cəfəroğlunu “Şöhrət” ordeni ilə təltif etdi

06.03.2021 · 11:22 · Siyasət

Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliynin sədri Səltənət Qocamanlı “Şöhrət” ordeni ilə təltif olunub.

Hüquq müdafiəçiləri Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif ediliblər.