Avropa İttifaqı Rusiya ilə münasibətlərə dair müzakirəni iyunadək təxirə salıb

26.03.2021 · 09:30 · Dünya

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Rusiya ilə münasibətlərə dair strateji müzakirəni iyunda keçiriləcək növbəti zirvə görüşünədək təxirə salıblar.

TASS xəbər verir ki, bu barədə Aİ rəhbəri Şarl Mişel sammitdən sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, Aİ-dəki bir mənbənin bildirdiyinə görə, Ş.Mişel martın 22-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında sammitdə Rusiya ilə bağlı koronavirusa qarşı “Sputnik V” peyvəndinin istifadəsi ilə bağlı məsələyə toxunulduğunu deyib. O, həmçinin, Rusiya ilə münasibətlərə dair müzakirənin növbəti zirvə görüşünədə aparılacağını vurğulayıb.

“2024-cü ildə də prezidentliyə namizədliyimi verəcəyəm” –

26.03.2021 · 02:00 · Siyasət

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə yenidən dövlət başçısı vəzifəsinə seçilmək üçün mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb. 

“Bəli. İkinci müddətə namizəd olmağı planlaşdırıram”, – deyə Amerika lideri ilk mətbuat konfransı zamanı “növbəti dəfə prezidentliyə namizədliyinizi irəli sürmək niyyətiniz varmı?” sualını cavablandırarkən bildirib.

Bununla yanaşı, Bayden taleyə inandığını və 3,5-4,5 il əvvəli planlaşdırmaq üçün imkanının olmadığını da əlavə edib. Dövlət başçısının sözlərinə görə, 2024-cü ildə yenidən vitse-prezident Kamala Xarrislə birlikdə seçki kampaniyasında iştirak etməyi düşünür: “O, əla tərəfdaşdır”.

Bayden 2020-ci ilin payızında keçirilən seçkilərdə ABŞ prezidenti seçilib. Demokratların namizədi Respublikaçı Donald Trampı məğlub edib. Qeyd edək ki, Co Baydenin hazırda 78 yaşı var.

 

“Çinə dünyada qüdrətli dövlət olmağa imkan verməyəcəyik” – 

26.03.2021 · 01:40 · Dünya

ABŞ prezidenti Bayden bəyan edib ki, Çinə dünyada ən böyük və qüdrətli dövlət olmağa imkan verməyəcək. 

Azpost.info bildirir ki, ABŞ prezidenti bu barədə keçirdiyi mətbuat konfransında deyib.

“Onların məqsədi var- Dünyada ən qüdrətli və varlı ölkə olmaq. Mənim dövrümdə bu baş tutmayacaq”-deyə Bayden vurğulayıb.

Bayden Vaşinqtonla Pekin arasında rəqabətin kəskinləşməsini demokratiya və avtokratiya arsında gedən geniş qlobal ideoloji mübarizənin bir hissəsi adlandırıb.

ABŞ prezidenti qeyd edib ki, hələ vitse-prezident olarkən Çin rəhbəri Si Sizinpinlə saatlarla görüş keçirib. Onun fikirncə, Çin lideri hesab edir ki, demokratiyanın gələcəyi yoxdur:“O da Rusiya prezidenti Putin kimi hesab edir ki, avtokratiya gələcəkdir və demokratiya bu mürəkkəb dünyada işləyə bilməz”. 

Bayden həmçinin bəyan edib ki, ABŞ Çini Tayvanda, Honkonqdakı fəaliyyətinə və uyğur azlığına qarşı münasibətinə görə məsuliyyətə cəlb olunması üçün müttəfiqləri ilə işləyəcək.

Bayden bildirib ki, prezident vəzifəsinə başladıqdan sonra Si Sİiznpinlə 2 saat danışıb və ona deyib ki, nə qədər Çin insan haqlarını pozmaqda davam edir ABŞ dünyanın diqqətini buna yönəltməkdə davam edəcək.

 

Azərbaycan Avropanı Asiya ilə birləşdirən fiberoptik internet şəbəkəsini alıb

26.03.2021 · 00:37 · Media

“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupu bəyan edir ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, “Caucasus Online” şirkətinin sahibi olub.

Müqavilə nəticəsində holdinq “Caucasus Online” şirkətinin ana şirkətini alıb. Beləliklə, holdinq “Caucasus Online” şirkətin 100 faizlik yekun sahibi olub, lakin sonuncu şirkətin kapital strukturu dəyişməyib.

“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupundan bildiriblər ki, “Caucasus Online” şirkətinin alınması 2018-ci ildə başlanan və “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) kimi tanınan “NEQSOL Holding”in daha genişmiqyaslı beynəlxalq layihəsinin bir hissəsidir. Layihə Avropanı Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir tranzit fiber-optik infrastruktur şəbəkəsinin inkişafına yönəlib. “Caucasus Online” Avropadan Cənubi Qafqaza və Xəzər dənizi bölgəsinə tranzit İnternet çatdırılmasını təmin edən, Qara dənizin dibi ilə keçən sualtı fiber-optik kabel xəttinin sahibidir.

Şirkətin alınması beynəlxalq təcrübəyə və müvafiq yurisdiksiyaların qanunvericiliyinə uyğun olaraq həyata keçirilib. Sahibin dəyişməsi “Caucasus Online” şirkətinin əməliyyat fəaliyyətinə təsir göstərməyib, şirkət işçiləri, müştəriləri və tərəfdaşları qarşısında bütün müqavilə öhdəliklərini yerinə yetirməyə və xidmət göstərməyə davam edir.

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində, həmçinin Xəzər dənizin dibi ilə keçən, Azərbaycan və Qazaxıstanı birləşdirəcək fiber-optik kabel xəttinin inşası işlərinə də başlanılıb. Azərbaycan və Türkmənistanı birləşdirəcək xəttin çəkilməsi üçün də 2019-cu ildə razılıq əldə edilib.

Layihənin həyata keçirilməsi bölgənin bütün ölkələri üçün faydalı olacaq. Layihə Azərbaycanda və Gürcüstanda müasir məlumat və İnternet mübadilə mərkəzlərinin yaradılması imkanını nəzərdə tutur. Layihənin icrası bölgədə rəqəmsal iqtisadiyyatın inkişafına, həmçinin ümumi əhalisi təqribən 1,8 milyarda yaxın olan Mərkəzi və Cənubi Asiyada müxtəlif rəqəmsal xidmətlərə çıxışın yaxşılaşmasına xidmət edəcək.

2020-ci ildə “Rəqəmsal İpək Yolu” layihəsi ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib.

“NEQSOL Holding”in fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.