Göygöldə 13 yaşlı yeniyetmə itkin düşüb.
Rayonun Yeni Qızılca kənd sakini, 2008-ci il təvəllüdlü Orucov Gəray Ədalət oğlu dekabrın 3-ü səhər 06 radələrində evdən çıxıb, geri qayıtmayıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Göygöldə 13 yaşlı yeniyetmə itkin düşüb.
Rayonun Yeni Qızılca kənd sakini, 2008-ci il təvəllüdlü Orucov Gəray Ədalət oğlu dekabrın 3-ü səhər 06 radələrində evdən çıxıb, geri qayıtmayıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2021-ci ilin dekabrın 7-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9190 manata, 1 Rusiya rublu 0.0229 manata, 1 türk lirəsinin məzənnəsi isə 0.1229 manata enib.

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-ni çalışdırmaq variantını istisna etmir.
Qol.az “Foot Mercato”ya istinadən xəbər verir ki, fransalı mütəxəssis artıq klub rəhbərliyi ilə ilkin danışıqlar aparıb.
Eyni zamanda, Zidan klubda Arsen Vengerlə çalışmaq istəyir. O, özü komandanı çalışdırmağı, Vengerin isə klubun strateji inkişafı ilə məşğul olmağı planlaşdırır.
71 yaşlı Venger FİFA-da futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.
Qeyd edək ki, Zidan “Real”dan ayrıldıqdan sonra 2020/21 mövsümünün sonundan bəri işsizdir.

Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.
F.Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.
O, bildirib ki, Vasileva əsl peşəkardır: “Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavin təyin edilib. İdman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır”.
F.Qayıbov nazirliyin yaxın illər üçün strategiyasının hazırlandığını xatırladıb: “Bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır: “Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə çoxkomponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq”.
Nazir qarşıya qoyulan hədəflərdən də söz açıb: “Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik”.