Adil Qeybulla Saleh Rüstəmli ilə görüşüb:



Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi məlum olub.
Diplomatik mənbədən APA-ya verilən məlumata görə, dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.
Qeyd edək ki, TASS 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşünün keçirildiyi barədə məlumat yayıb.

Azərbaycanda bu gün koronavirus infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkadan 12 nəfər COVID-19-dan dünyasını dəyişib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər.
Dövlət başçısı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhərağa məscidini ziyarət etdilər.