Ukrayna Prezidenti İlham Əliyevə zəng edib

24.12.2021 · 17:01 · Dünya

Dekabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Volodimir Zelenski dövlət başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə təşəkkür edib.

Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

“Hadrutdakı komando qüvvələri yenilikdir, belə briqadalar çox olacaq” –

24.12.2021 · 16:46 · Siyasət
Beynəlxalq Cəbhə "Dəmir Yumruğ"

“Hadrutdakı bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir”. 

Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.

“Komando briqadalarının istənilən hərbi vəzifəni icra etməyə qadir olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”.

Prezident qeyd edib ki, belə briqadalar çox olacaq və beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.

“Heç kim bizi dayandıra bilməz” –

24.12.2021 · 16:34 · Baş Yazı

“Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır”.

Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.

Dövlət başçısı deyib: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”.

“Hadrutu azad etməsəydik, gələcək əməliyyatlarımız çətinliklərlə üzləşə bilərdi” –

24.12.2021 · 16:20 · Baş Yazı

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi.

Bu fikri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.

Hadrut əməliyyatının əhəmiyyətindən danışan dövlət başçısı deyib: “Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”.

Prezident İlham Əliyev bildirib ki, Hadrutda hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir.

Dövlət başçısı çıxışında hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışaraq deyib: “Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.

“İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi”-deyə dövlət başçısı vurğulayıb. Dövlət başçısı deyib: “Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!”.