Hikmət Hacıyev Prezident İlham Əliyevi təbrik edib

24.12.2021 · 16:07 · Media

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Paylaşımda deyilir:

“Xalqımızın həsrətinə son qoyan və torpaqlarımızı işğaldan azad edərək tarixə Müzəffər Ali Baş Komandan kimi adını yazan, Dövlətimizi yalnız inkişaf yolu ilə aparan Prezident İlham Əliyevi bir vətəndaş olaraq ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik”.

https://twitter.com/HikmetHajiyev/status/1474251486800588817/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1474251486800588817%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fbaku.ws%2Fpolitics%2F137199

Hansı pensiyaçının məbləği 40, digərinin 1 manat artacaq? –

24.12.2021 · 15:57 · İqtisadiyyat
Tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılması ilə bağlı prezidentin sərəncamını şərh edib.
Onun sözlərinə görə, pensiyaların minimum məbləğinin 200 manatdan 240 manata qaldırılması o deməkdir yalnız 240 manatdan az olan pensiyalar artacaq: “Yəni kimlərsə hazırda 200 manat alırdısa onun pensiyası gələn ildən 40 manat, kimlərsə 210 manat alırdısa onun pensiyası 30 manat, kimlərsə 225 manat alırdısa onun pensiyası 15 manat, kimlərsə 239 manat alırdısa onun pensiyası 1 manat artacaq. Kimlərsə 240 manat və ondan dan yuxarı pensiya alırdısa onun pensiyası artmayacaq”.
Q.İbadoğlu bildirib ki, bütün pensiyalar gələn ildən orta aylıq nominal əmək haqqının 2021-ci ildəki artım tempinə uyğun olaraq indeksləşdiriləcək: “DSK məlumatına görə bu ilin 11 ayında bu göstərici 2,6 faizdir. İlin son 1 ayındakı artımı da nəzərə alsaq bu rəqəm 3 faizə çata, amma azala da bilər. Bu barədə məlumat yanvarın ikinci yarısında bəlli olacaq. Prezident də fevralın əvvəlində yanvarın 1-dən pensiyaları bu göstərici əsasında indeksləşdirilməsinə sərəncam verəcək. Nikbin ssenari üzrə hesab edək ki, 2021-ci ildə orta aylıq nominal əmək haqqının artım tempi 3 faizə çatacaq. Onda pensiyalar 3 faiz səviyyəsində artırılacaq. Yəni kimlərsə 250 manat pensiya alaırsa onun pensiyası 7 manat 50 qəpik, kimlərsə 300 manat alırsa onun pensiyası 9 manat, kimlərsə 350 manat alırsa onun pensiyası 10 manat 50 qəpik, kimlərsə 400 manat alırsa onun pensiyası 12 manat artacaq”.
Ekspertin fikrincə, adətən sivil ölkələrdə indekslərdirmə rübdə 1 dəfə inflyasiya səviyyəsinə görə aparılır, Azərbaycanda isə indeksləşdirmə ildə 1 dəfə orta aylıq nominal əmək haqqının artım tempinə görə həyata keçirilir:
“Minimum əmək haqqının gələn ildən 200 manatdan 240 manata qaldırılması o deməkdir ki, minimum məbləğdən çox pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalı 28800 manatdan 34560 manata qalxır. Bu isə pensiya yaşı çatanları 3 qrupa böləcək.
1.Pensiya yaşına çatan şəxslərin 2006-cı ildən sonra yığılmış sığorta kapitalı 34560 manat və ondan azdırsa olanlara minimum məbləğdə – 240 manat pensiya veriləcək.
2. Pensiya yaşına çatan, lakin sığorta kapitalı heç olmayanlara 180 manat yaşa görə müavinət ödəniləcək.
3. Pensiya yaşına çatan 34560 manatdan çox sığorta kapitalına malik olanlar 240 manatdan çox pensiya alacaqlar”.

MDB liderlərinin qeyri-formal sammiti keçiriləcək –

24.12.2021 · 15:34 · Dünya

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.

Prezident Mikayıl Cabbarova I müavin və müavin təyin edib

24.12.2021 · 15:31 · İqtisadiyyat

Rövşən Nəcəf iqtisadiyyat nazirinin I müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl o, nazir müavini vəzifəsində çalışıb.

Nazirlikdən verilən məlumata görə, bununla bağlı dövlət başçısı müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.