“Rusiyanın Ukraynaya hücumu bu gün başlaya bilər” –

21.02.2022 · 19:51 · Dünya

Rusiyanın Ukraynaya hücumu fevralın 21-də baş verə bilər.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu CNN telekanalının efirində Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Eyni zamanda Kirbi qeyd edib ki, diplomatiya üçün hələ vaxt var: “Bu gün həmin o gün ola bilər. Ümid edirik ki, bu, baş verməyəcək”.

Kirbi ABŞ-ın bütün diplomatik variantlardan istifadə etməyə davam etdiyini də bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. Ötən həftə ABŞ prezidenti Co Bayden demişdi ki, Rusiya qoşunlarının Ukraynaya hücumu yaxın günlərdə baş verə bilər.

Azpost.info

Ukraynanın separatçı rəhbərləri tanınma üçün Putinə müraciət etdilər –

21.02.2022 · 19:07 · Dünya
Ukraynanın separatçı Donetsk və Luqansk “respublikaları”nın başçıları Denis Puşilin və Leonid Paseçnik Rusiya prezidenti Putinə müraciət edərək qondarma “DNR” və “LNR”i tanımağı xahiş edib. 
Azpost.info bildirir ki, onların müraciəti “Rossia24” telekanalı ilə canlı yayımla verilib.
Bundan əlavə separatçı guruhun rəhbərləri Rusiya prezidentindən əməkdaşlıq və müdafiə sahəsində saziş bağlamağı xahiş ediblər.

Putin Təhlükəsizlik Şurasında separatçı “LXR” və “DXR”-in tanınmasını müzakirəyə çıxartdı

21.02.2022 · 18:56 · Siyasət

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı separatçı respublikaların tanınması məsələsinin müzakirəyə çıxarılmasını təklif edib.

Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında “Luqansk və Donetsk Xalq Respublikaları”nın tanınması məsələsini qaldırıb.

O diqqətə çatdırıb ki, Dövlət Dumasının prezidentə müraciətində qeyd olunan “DXR” və “LXR”-in tanınması ilə bağlı suala cavab vermək lazımdır.

Putin Ukraynadakı separatçı respublikaların tanınmasını şərh edib

21.02.2022 · 18:22 · Dünya

“Kiyev hakimiyyəti Minsk razılaşmalarını icra etməyə hazırlaşmır”.

Bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar təcili iclasında çıxışında bildirib.

O, Ukraynanın Minsk razılaşmalarını həyata keçirməyə hazırlaşmadığını və onların bunu dəfələrlə bəyan etdiyini söyləyib: “Kiyev real olaraq Minsk razılaşmalaırnın icrası ilə bağlı heç nə etməyə hazırlaşmır. Lakin Rusiya vəziyyətin sülh yolu ilə həlli üçün hər şeyi edir”.

Putin Ukraynadakı separatçı respublikaların müstəqilliyinin tanınması məsələsinin nə ilə bağlı olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə, “DXR” və LXR”-in tanınması məsələsi dünyada və xüsusən də Avropada qlobal təhlükəsizliyin təminatı problemləri ilə sıx bağlıdır.