DİN yanında İctimai Şura 2 azyaşlı uşağın qətli ilə bağlı müraciət etdi



Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən bildirilib ki, bankın fevralın 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfər edib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.



2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə ötən il 97,9 milyon manat dəyərində 37,4 min ədəd əməliyyat aparılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə İllik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, 2021-ci ildə AÖS platformasında “QR kod” vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə edilmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir.
2021-ci il ərzində “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 2,3 min ədəd, həcmi isə 7,9 min manat olub.