Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər qaldırılır

10.02.2022 · 08:27 · Dünya

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlərin fevralın sonunda qaldıracağını açıqlayıb.

O, mövcud məhdudiyyətlərin bir ay əvvəl ləğv edilə biləcəyini bildirib. Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı.

Rəsmi məlumatlara görə, dünən COVID-19 testi müsbət çıxanların sayı 66 min 183 nəfər olub. Xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 314 nəfərdir. Xəstəxanalarda ümumilikdə 1421 koronavirus xəstəsi müalicəsi alır.

Həmçinin Böyük Britaniyada 12 yaşdan yuxarı insanların təxminən 85 faizi peyvəndin ən azı iki dozasını qəbul edib.

Bununla yanaşı bu ay Böyük Britaniyaya gələnlər üçün qaydalar da yumşaldılacaq.

Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.

Prezident İlham Əliyev Selçuk və Haluk Bayraktarı qəbul edib

10.02.2022 · 08:25 · Baş Yazı

Prezident İlham Əliyev Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar və “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

Bu barədə S.Bayraktar “Instagram” hesabında paylaşım edib. “Xoş qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.

“Qalib gələnlər səbir edənlərdir”, – o qeyd edib.

“Lukaşenko ilə Londonda dörd dəfə gizli görüşmüşəm” –

10.02.2022 · 08:21 · Dünya

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Londonda Belarus lideri Aleksandr Lukaşenko ilə gizli görüşlər keçirib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvili bunu bu gün Tbilisidə keçirilən məhkəmə iclasında deyib:”Mən Lukaşenko ilə Londonda dörd dəfə gizli görüşmüşəm. İlk dəfədir ki, bu haqda danışıram. Bu, gizli diplomatiya idi. Lukaşenkonun Cənubi Osetiya və Abxaziyanı hələ də tanımaması Londona səfərlərimin
nəticəsidir”, – Saakaşvili bildirib.

Qeyd edək ki, bu yaxınlarda Lukaşenko Vladimir Solovyova müsahibəsində Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını istisna etmədiyini bildirmişdi. Onun sözlərinə görə, bu addımın zərurətini anlayan və Rusiya prezidenti Vladimir Putin bu barədə ona deyən kimi bu, baş verə bilər.

Azpost.info

Ukrayna ilə Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb –

10.02.2022 · 08:18 · İqtisadiyyat

2021-ci ilin sonunda Rusiya ilə Ukrayna arasında ticarət dövriyyəsi 22,8 faiz artaraq 12,284 milyard dollar təşkil edib.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Belə ki, il ərzində Rusiya Ukraynaya ixracı 28,8 faiz (8,13 milyard dollar), Ukraynadan idxalı isə 12 faiz (4,155 milyard dollar) artırıb. Eyni zamanda, Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, ölkələr arasında ticarət dövriyyəsi 38,7 faiz artaraq 7,28 milyard dollardan 10,09 milyard dollara çatıb. O cümlədən idxal 45,9 faiz artaraq 6,65 milyard dollara, ixrac isə 26,5 faiz artaraq 3,44 milyard dollara yüksəlib. Ümumilikdə, ötən il Ukraynanın xarici ticarətinin həcmi 141,377 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 103,429 milyard dollar (37 faiz) çoxdur.

Azpost.info