Ötən gün ölkədə 21 nəfər koronavirusa yoluxub

24.03.2022 · 18:40 · Aktual

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 604 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 394 nəfər müalicə olunaraq sağalıb, 9 672 nəfər vəfat edib, aktiv xəstə sayı 538 nəfərdir.

Ölkədə son sutka ərzində 2 806, hazırkı dövrədək isə 6 676 788 test aparılıb.

NATO sammiti Rusiya ilə bağlı bəyanat qəbul etdi

24.03.2022 · 18:26 · Baş Yazı

“Biz Rusiyanın Ukraynanı işğalını mümkün olan ən sərt şəkildə qınayırıq”.

NATO-nun dövlət və hökumət başçılarının bəyanatında belə qeyd olunub.

Sənəddə Rusiya Prezidenti Vladimir Putinə müharibəni dərhal dayandırması və Ukraynadan hərbi qüvvələrini geri çəkməsi çağırışı edilib.

“Rusiya BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 16 mart tarixli qərarına riayət etməli və hərbi əməliyyatları dərhal dayandırmalıdır. Rusiyanın Ukraynaya hücumu qlobal təhlükəsizliyi təhdid edir. Onun beynəlxalq normalara hücumu dünyada təhlükəsizliyi zəiflədir”.

Bəyanatda vurğulanıb ki, Rusiya tərəfindən kimyəvi və ya bioloji silahların istifadə edilməsi qəbuledilməzdir və bu ciddi nəticələr doğuracaq.

“Ukraynanın BMT Xartiyasına uyğun olaraq fundamental özünümüdafiə hüququ var”, – bəyanatda qeyd olunub.

Əlavə olunub ki, müttəfiqlər kibertəhlükəsizlik, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi ilə bağlı Ukraynaya yardımlarını davam etdirəcəklər.

Bəyanatda bütün ölkələrə, xüsusilə də Çinə Rusiyanın müharibə səylərini dəstəkləməkdən, eləcə də Rusiyanın sanksiyalardan yayınmasına yardım etməkdən çəkinməyə dair çağırış edilib.

Qeyd olunub ki, NATO-nun tədbirləri proporsionaldır və vəziyyətin eskalasiyasına xidmət etmir və qabaqlayıcı xarakter daşıyır. (APA)

Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan etdi –

24.03.2022 · 17:39 · Aktual

ABŞ Rusiyaya qarşı yeni sanksiya paketini elan edib.

Azpost.info bildirir bu barədə ABŞ prezideti Bayden Tvitterdə bəyan edib.

“Mən Putinin Ukrayanda müharibəsinə qarşı Rusiya elitasına, parlament üzvlərinə, hərbi müdafiə şirkətlərinə qarşı yeni əlavə sanskiyaların tətbiqini açıqlayıram”-deyə ABŞ prezidenti bildirib.

Bayden bildirib ki, bu şəxslər Kremlin siyasətini dəstəkləyirlər və buna görə bu əzabı da bölüşməlidirlər.

Yeni sanksiya paketinə 400 nəfər daxil edilib.

Sankskiya siyahısında Rusiyanın 48 hərbi sənaye şirkəti var.

Sualtı silahlar, radiolokasiya sistemləri istehsal edən “Taktiki raket silahları” Korporasiyası və onun 28 törmə şirkəti, “İsgəndər” və “Pansir” və digər raket əleyhinə komplekslər istehsal edən “Yüksək dəqiqlikli komplekslər” Holdinqi, “reaktiv yaylım sistemləri istehsal edən “Texmaş” dövlət korporasiyası, “Rus vertalyotlar” dövlət holdinqi, PUA-lar üçünproqram təminatı hazırlayan “Kronştadt” müəsissəsi siyahıda yer alıb.

Dövlət Dumasının 328 deputatı da sanksiya altına düşüb.

Brüsseldə Baydenin kortejinə butulka atdılar

24.03.2022 · 17:01 · Dünya

ABŞ prezidenti Co Baydenin korteji Brüssel şəhərinin mərkəzindən keçərkən ona şüşə butulka atılıb.

Azpost.info bildirir ki, bu barədə Belçikanın elektron nəşri “Sudinfo” xəbər verib.

Məlumatda deyilir ki, kişi sərxoş vəziyyətdə olub. Yayımlanan videoda görünür ki, o, kortejin keçdiyi marşrutdan xeyli aralıda dayanıb.

Brüssel polisinin sözçüsü İlse Van Dekier deyib ki, sərxoş şəxs həqiqətən də Amerika prezidentini müşayiət edən kortej istiqamətində uzaqdan şüşə qab atıb. “Biz onu dərhal saxladıq”.

Kortejin marşrutu təhlükəsizlik qüvvələri tərəfindən ciddi şəkildə qorunur.