Şəhid Sübhan Cəbrayılovun ailə üzvləri Ərdoğanla görüşdü

24.03.2022 · 16:31 · Sosial

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Sübhan Cəbrayılovun ailə üzvləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüş Türkiyədə keçirilən “1915 Çanaqqala Körpüsü”nün açılış mərasimində baş tutub.

18 mart Çanaqqala Zəfərinin 107-ci ildönümü və “1915 Çanaqqala Körpüsü”nün açılış mərasimində iştirak edən Rəcəb Tayyip Ərdoğan tədbirdən sonra Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbrayılovun ailə üzvləri ilə görüşərək onlarla xatirə fotosu çəkdirib.

Daha sonra tədbirdə iştirak edən qonaqlara Çanaqqala Zəfəri və şəhidləri barədə ətraflı məlumat verilib və birlikdə şəhidlərin məzarı ziyarət edilib.

Xatırladaq ki, Vətən müharibəsi şəhidi Sübhan Cəbrayılov ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Baş gizir Sübhan Cəbrayılov Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. O, doğum günü – oktyabrın 23-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.(Qafqazinfo)

BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə hazırlayıb –

24.03.2022 · 16:27 · Dünya

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı daha bir qətnamə hazırlayıb.

Azpost.info xəbər verir ki, qətnamə layihəsi BMT-yə üzv olan 193 ölkənin nümayəndələri tərəfindən səsə qoyulacaq. BMT sənəddə Rusiyanı Ukraynaya qarşı hərbi əməliyyatları, mülki əhaliyə və mülki obyektlərə edilən bütün hücumları dərhal dayandırmağa çağırır. BMT Baş Assambleyasında Ukraynadakı humanitar vəziyyətlə də bağlı səsvermə keçiriləcək.

Azpost.info

Şoyqu üzə çıxdı –

24.03.2022 · 16:01 · Dünya

Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə və Təhlükəsizlik Şurasının üzvlərinə Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın gedişi, humanitar yardımlar və işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası barədə hesabat verib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. İclasda həmçinin baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, FTX-nin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Təhlükəsizlik Şurasının üzvü Sergey İvanov iştirak edib.

Peskov həmçinin qeyd edib ki, Putin Təhlükəsizlik Şurasının üzvləri ilə ölkədəki makroiqtisadi vəziyyəti müzakirə edib.

Azpost.info

“Western Union” Rusiyada pul köçürmələrini dayandırıb

24.03.2022 · 15:54 · İqtisadiyyat

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda martın 24-dən etibarən “Western Union” ödəniş sistemi Rusiyada pul köçürmələrini dayandırıb.

“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət ölkədə yalnız transsərhəd köçürmələri həyata keçirəcək.

“Western Union”un rəsmi saytında bildirilir ki, Rusiyaya göndərilən və 24 mart 2022-ci il tarixinədək alıcıya ödənilməyən pul köçürmələri göndərən tərəfə qaytarılacaq.

Rusiyadan göndərilən pul baratlarına gəldikdə, Rusiyadakı göndərən köçürmənin geri almağa qərar verərsə, bu, “Western Union”un partnyorlarının birinin filialında həyata keçirilə bilər. Rusiyadan digər ölkələrə göndərilən və 24 mart 2022-ci ilə qədər ödənilməyən pul köçürmələri isə alıcılar üçün əlçatan olacaq.