Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyi müzakirə edir –

07.03.2022 · 13:03 · Dünya
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyi müzakirə edir. 
Azpost.info bildirir ki, bu barədə Fransanın maliyyə naziri Brüno Le Mer BFMTV -yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda bu barədə danışıqlar gedir: “Davam etmək lazımdırmı? Bütün variantlar müzakirə edilir. Bu barədə indi danışmayacağam. Hesab edirəm ki, planlarımızın məxfiliyini qorumaq lazımdır. Sanksiyalar barədə qərar qəbul edildikdən sonra danışmaq lazımdır”.
Onun sözlərinə görə, martn 10-11-də prezident Makronun rəhbərliyi ilə Avropa İttifaqı dövlət başçılarının sammiti keçiriləcək. “Bu sammit variantların baxılması üçün bir əsas olacaq”.
Nazir deyib ki, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar misilsizdir və effekt verir.

Çin Rusiya-Ukrayna danışıqları üçün vasitəçiliyini təklif etdi –

07.03.2022 · 12:41 · Dünya
“Çin Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün vasitəçi olmağa hazırdır”.
Azpost.info bildirir ki, bu barədə Çinin xarici işlər naziri Van İ keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Çin Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda irəliləyişlərə nail olunacağına ümid edir.
Nazir bildirib ki, Çin iki ölkə arasında sülh danışıqlarında nailiyyətlər əldə olunması üçün konstruktiv rol oynamağa, bunun üçün lazım olan vasitəçiliyi etməyə hazırdır.

Putin, Şoyqu, Lavrov… –

07.03.2022 · 12:11 · Dünya

Yeni Zelandiya hökuməti aralarında Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və baş nazir Mixail Mişustinin də olduğu 100 rusiyalıya sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyi məlumat yayıb. Məlumata görə, sanksiya Ukraynadakı hərbi əməliyyatlarla əlaqəli şəxslərin Yeni Zelandiyaya girişinə qadağanı nəzərdə tutur.

Yeni Zelandiyanın baş naziri Jasinda Ardern və xarici işlər naziri Nanaya Mauta hələ fevralın 24-də ölkənin Rusiya rəsmilərinə qarşı sanksiyalar hazırladığını bildirmişdilər.

Azpost.info

Prezident 8 Mart münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib

07.03.2022 · 11:58 · Siyasət

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir”.