“Ermənistan son anda üçtərəfli görüşdən imtina etdi”

23.12.2022 · 15:15 · Aktual

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanl həmkarı Ceyhun Bayramovla görüşündə Ermənistan tərəfinin üçtərəfli görüşdən imtina etməsindən təəssüfləndiyini bildirib.

Azpost.info xəbər verir ki, Lavrov qeyd edib ki, İrəvan son anda tədbirdə iştirak etməmək qərarına gəlib.

“Biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin öz ərazimizdə görüşünü keçirməyə razılaşdıq. Bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda erməni həmkarlarımız bunu yerlərdəki vəziyyətlə izah edərək Moskvaya gəlməkdən imtina etdilər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”, – Lavrov bildirib.

Azpost.info

“ABŞ-ın siyasəti təxribat, müstəmləkə xarakterlidir”

23.12.2022 · 15:03 · Dünya

“ABŞ-ın siyasəti təxribatçı və müstəmləkəçi xarakter daşıyır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Dünən prezidentin də qeyd etdiyi kimi, ABŞ-ın siyasətinin bir çox cəhətdən təxribat, müstəmləkə xarakterli olması açıq-aşkar göz qabağındadır”, – Peskov bildirib.

Rusiya Dumasının spikeri Vyaçeslav Volodin isə ABŞ-ın Rusiyanı öz müstəmləkəsinə çevirmək planlarının iflasa uğradığını düşünür. Onun sözlərinə görə, bir çox Avropa ölkələri çoxdan belə müstəmləkəyə çevrilib və öz suverenliyini itirib. Nümunə olaraq o, Sovet İttifaqının dağılmasından sonra 30 il ərzində coğrafi ada çevrilən Ukraynanı göstərib.

Azpost.info

Moskvada Lavrov və Ceyhun Bayramov arasında görüş başlayıb

23.12.2022 · 14:50 · Baş Yazı

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

Görüş Rusiya XİN-nin Qəbullar Evində keçirilir. Görüşün protokol hissəsi mətbuat nümayəndələri üçün açıq olub.

Ukrayna hərbçiləri “Patriot”la işləməyi ABŞ-da öyrənəcəklər

23.12.2022 · 14:34 · Dünya

Pentaqon ABŞ-dakı hərbi bazada Ukrayna hərbçilərinə “Patriot” zenit-raket kompleksi ilə işləmək üçün təlim keçmək imkanını nəzərdən keçirir.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Politico” məlumat yayıb.

“Müdafiə Nazirliyi ABŞ-da təlimin hamısı və ya bir hissəsinin məqsədəuyğunluğu məsələsini müzakirə edir. Ukrayna əsgərlərinin təliminin bir neçə ay çəkəcəyi gözlənilir”, – məlumatda bildirilir.

Azpost.info