“2024-cü il tarixin ən isti ili ola bilər”- “Bloomberg”

2024-cü il tarixin ən isti ili ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Nəşr səbəb kimi iqlim dəyişikliyini, Sakit Okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi ilə bağlı istiləşməni qeyd edir.

O da qeyd olunur ki, qalıq yanacaqların yandırılması atmosferdə istixana qazlarının miqdarını artırır ki, bu da orta qlobal temperaturun artmasına səbəb olur.

Meteoroloq Petteri Taalas da hesab edir ki, 2024-cü il çox isti olacaq, quraqlıq və daşqınlar daha tez-tez baş verəcək. Mütəxəssis 2023-cü ildə Mərkəzi Amerikada quru hava şəraitində Panama kanalını qidalandıran Qatun gölünün qurumasını xatırladıb.

Niderland Kral Meteorologiya İnstitutunun klimatoloqu Vikki Tompson deyir ki, ötən il yüksək temperatur dəniz buzunun böyük hissəsinin əriməsinə səbəb olub. Bu, Şimali Atlantika boyunca reaktiv axını dəyişə, nəticədə, Avropada fırtınalar güclənə bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Sonrakı məqalə

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü keçirilib