2024-cü ildə dünya əhalisinin 71 milyondan çox artdığı bildirilir. AzPost xəbər verir ki, bu haqda məlumatı ABŞ Siyahıyaalma Bürosu verib. Büronun hesablamalarına görə, 2024-cü ildə dünya əhalisinin artımında 2023-cü illə müqayisədə bir qədər yavaşlama müşahidə olunub. Belə ki, ötən il dünya əhalisi 75 milyon nəfər artıb. 2024-cü ildə dünya əhalisinin artımı 0,9 faiz olub. 2025-ci il yanvarın 1-də dünya əhalisinin 8,09 milyard nəfər olacağı gözlənilir.