Bu gün Ümumdünya Şahmat Olimpiadasına start veriləcək

10.09.2024 · 11:04 · İdman

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, Olimpiadada kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədir.

Kapitan Teymur Rəcəbov AŞF-nin rəsmi saytına yarışla bağlı açıqlama verib: “Komanda olimpiadaya hazırlığı davam etdirir. Şahmatçılar yaxşı mübarizə nümayiş etdirməyə hədəflənib. Ümumdünya Şahmat Olimpiadası çətin yarışdı. Layiqli çıxış etməyə çalışacağıq”.

Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədir.

Qadın şahmatçılardan ibarət millinin kapitanı Mixail Şereşevski olimpiadayla bağlı fikirlərini bildirib: “Ümumdünya Şahmat Olimpiadası gərgin yarışlardan biridir. Reqlament hər tura ciddi yanaşmağa məcbur edir. Olimpiadada dünyanın ən güclü şahmat heyətləri mübarizə aparacaq. Biz də yaxşı çıxış etmək üçün çalışacağıq”.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək.

Azərbaycanda 4 universitetdə yenilik

10.09.2024 · 10:53 · Sosial
Bələdiyyələr

Azərbaycanda dörd universitet publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

Paşinyandan sülh sazişi ilə bağlı açıqlama –

10.09.2024 · 10:43 · Dünya

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb.

Azpost.info  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan Dialoqu” forumunda deyib.

Paşinyan deyib ki, Cənubi Qafqazda uzunmüddətli sülh təkcə mümkün deyil, həm də realdır.

“Sülh müqaviləsinin 80%-i razılaşdırılıb. Hazırda saziş layihəsinin 13 maddəsi və ön sözü tam razılaşdırılıb. Əsasən bir-iki cümlədən ibarət daha 3 maddə qismən razılaşdırılıb – təkliflərdən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb”.

O, yenidən Bakı ilə razılaşdırılmış sülh müqaviləsinin maddələrinin imzalanmasını təklif edib.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi “qismən razılaşdırılmış” sülh müqaviləsinin imzalanmasını qəbuledilməz hesab etdiyini bəyan edib və yenidən İrəvandan Konstitusiyanın dəyişdirilməsini tələb edib.

Yaşa görə sosial müavinət alanların sayı açıqlanıb

10.09.2024 · 10:40 · İqtisadiyyat
Pensiya

2024-cü ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 223 nəfər olub.

Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.

Onların 31,42%-ni kişilər, 68,58%-ni isə qadınlar təşkil edir.