Bu il pensiya ödənişlərinə 4 milyarddan çox vəsait yönəldilib

10.09.2024 · 10:35 · Sosial

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 mln. manat) çox olmaqla 4 mlrd. 318 mln. manat vəsait yönəldilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.

Bu ilin 8 ayında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

İran Təhlükəsizlik Şurasının katibi Zəngəzur dəhlizinə görə Rusiyaya gedir

10.09.2024 · 10:23 · Katogriyasız

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya yola düşüb.

Bu barədə IRNA məlumat yayıb.

Əli Əkbər Əhmədian BRİCS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında iştirak etmək üçün Rusiyaya gedib.

Onun Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar aparması da planlaşdırılır(apa).

Azərbaycan qaz hasilatını və ixracını artırıb

10.09.2024 · 10:14 · İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə 800 mln. kubmetr artımla hasil edilən 33 mlrd. kubmetr qazın 16,4 mlrd. kubmetri ixrac olunub.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məluimata görə, hesabat dövründə Azərbaycandan Avropaya təxminən 8,4 mlrd. kubmetr qaz ixrac olunub.

“Türkiyəyə 6,5 mlrd. kubmetr, Gürcüstana isə 1,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 3,7 mlrd. kubmetr qaz nəql edilib. Bu ilin 8 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1% çoxdur”, – məlumatda qeyd olunur.

Paylaşıma əsasən, bu ilin 8 ayında ölkədə neft-kondensat hasilatı 19,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 16 mln. ton olub.

ABŞ İranın Rusiyaya raket verməsindən ciddi narahatdır

10.09.2024 · 10:07 · Dünya

“ABŞ  Tehranın Ukraynaya qarşı hərbi təcavüzdə istifadə etmək üçün Rusiyaya yüzlərlə qısa mənzilli ballistik raket göndərdiyinə dair xəbərlərdən inanılmaz dərəcədə narahatdır”.

Azpost.info Amerikanın Səsi”nə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Vedanta Patel bildirib.

Vedant Patelin sözlərinə görə, İran ballistik raketlərinin Rusiyaya təhvil verilməsi İranın Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə dəstəyinin dramatik şəkildə artmasını ifadə edəcək.

“Biz bu hesabatlardan inanılmaz dərəcədə narahatıq… G7 və NATO tərəfdaşlarımız açıq şəkildə bildirdilər ki, biz əhəmiyyətli nəticələrə hazırıq” – deyə Patel bildiib. O, Rusiya və İran arasında təhlükəsizlik üzrə tərəfdaşlığın dərinləşməsi ilə bağlı narahatlıqların artdığını qeyd edib.

Patel vurğulayıb ki, dövlət katibi Entoni Blinkenin Londona səfəri zamanı Ukraynaya dəstək əsas söhbət mövzusu olacaq. Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi çərşənbə axşamı Londonda Blinkenlə danışıqlar aparacaq.