Avropa Liqası:

03.10.2024 · 15:26 · İdman

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununa bilet satışı davam edir.

Ağdam təmsilçisindən verilən məlumata görə, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də başlayacaq.

“Hizbullah”ın rəhbəri sabah dəfn ediləcək, yer açıqlanmır

03.10.2024 · 15:11 · Dünya
Hizbullah

Livanın “Hizbullah” qruplaşmasının baş katibi Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək.

Azpost.info bildirir ki, bu barədə İran mediası xəbər yayıb.

Dəfn mərasiminin vaxtı və yeri açıqlanmayıb.

Oktyabrın 27-də İsrail Hərbi Hava Qüvvələri Hizbullahın mərkəzi qərargahının yerləşdiyi Beyrutun cənub ətrafına güclü hava zərbəsi endirib. Nəticədə hərəkatın baş katibi və onun rəhbərliyinin digər nümayəndələri öldürülüb.

Hizbullah liderinin 64 yaşı var idi, 32 yaşından qrupa rəhbərlik edirdi.

Sabah 70 ölkənin nümayəndəsinin iştirakı ilə COP öncəsi tədbir keçiriləcək

03.10.2024 · 15:10 · Gündəm

“Oktyabrın 4-də gündəliyimizdə COP öncəsi tədbirimiz var. Təxminən 70 ölkənin nümayəndəsi Azərbaycanı ziyarət edəcək. Nazir və nazir müavinləri səviyyəsində çox mühüm məsələlər, yeni maliyyələşmə hədəfləri müzakirə olunacaq”.

Bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Şəxsi Maliyyə üçün Yolun yaradılması” mövzusunda dəyirmi masada deyib.

“Bu il Paris sazişinin 6-cı maddəsinə (karbon bazarı və beynəlxalq əməkdaşlığın digər formaları üçün qaydaları müəyyən edir) kifayət qədər müzakirə həsr olunacaq. Özəl sektorun da bu məsələni müzakirə etməsində çox maraqlıyıq. Günümüzdə karbon bazarının 2-3 milyard dollar potensialının 200-300 milyard dollara çatması gözlənilir. Biz də öz növbəmizdə fəaliyyətlərin miqyasını genişləndirmək istəyirik. Odur ki, maliyyə bazarlarına çıxışın sadələşdirilməsini müzakirə edəcəyik. Bu, həm COP zamanı, həm də oktyabrın sonlarında Vaşinqtonda Bank Həftəsində müzakirə olunacaq”, – deyə o bildirib.

 

Prezident Zəngilan şəhərində yaşayış kompleksinin tikintisi ilə tanış olub

03.10.2024 · 15:07 · Sosial

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.