Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

29.10.2024 · 10:31 · İqtisadiyyat

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,79 dollar və ya 4,95 faiz azalaraq 72,84 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mitsubishi yeni avtomobilini təqdim edib –

29.10.2024 · 10:16 · Araşdırma

Mitsubishi Motors “DST Concept” adlı yeni avtomobilini təqdimatını keçirib.

Azpost.info drom.ru -ya istinadən bildirir ki, avtomobil Filippində keçirilən beynəlxalq avtosalonunda nümayiş etdirilib.

DST konsepti Mitsubishi-nin gələcək seriyalı yeddi yerlik krossoverinin ilk müjdəsidir. Avtomobilin görünüş iki cildli forma, “üzən” dam və arxa şüşələrdən hazırlanmış daxili havalandırma dəlikləri ilə xarakterizə olunur.

Kabinənin ön paneli üfüqi arxitekturaya malikdir, alətlər paneli və media sistemi vahid klaster kimi hazırlanır.

Mitsubishi DST Konsepti haqqında heç bir texniki məlumat yaymayıb.

Bu avtomobil 2025-ci ildə buraxılacaq. O, satış üçün Asiya-Sakit okean regionunda yerləşən ölkələrə yönəldiləcək.

Lənkəranda kütləvi davanın təfərrüatları məlum olub

29.10.2024 · 10:11 · Kriminal

Lənkəranda baş verən kütləvi davada 5 nəfər xəsarət alıb.

Gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb.O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı(apa).

Aqata Kristinin əsərləri Hollivudu fəth edib

29.10.2024 · 10:08 · Şou Biznes

Hollivud kino şirkəti ingilis yazıçısı Aqata Kristinin əsərlərinin mövzusunda növbəti adaptasiyalar üzərində işləyir.

Azpost.info bildirir ki, xəbəri “THR” saytı yayıb.

“20th Century Studios” yenə öz layihəsini davam etdirəcək. Hollivudun tanınmış bu kino şirkəti britaniyalı yazıçı və dedektiv romanlar müəllifi Aqata Kristinin əsərləri əsasında çəkilmiş filmləri indən sonra da böyük ekranda nümayişini təşkil edəcək. Şirkətin rəhbəri Stiv Asbell öz planları ilə bağlı fikirlərini bölüşüb.

Asbell deyib: “Hal-hazırda biz “Və heç nə olmadı”, “Şahid”, eləcə də “Miss Marpl” üzərində işləyirik. Bir çox başqa layihələr də var. Bizim həmçinin müəllif hüquqları sahibləri ilə də çox sıx əlaqələrimiz var”.

Uyğunlaşmaların təfərrüatları isə hələ də məlum deyil. Studiya müəmmalı, eləcə də sirli qalan qətlləri çox böyük peşəkarlıqla araşdıran, həm də yazıçının qəhrəmanına çevrilən detektiv Herkul Puaro haqqında yazılan romanlardan indiyə qədər üç film adaptasiyasını istehsal edib. Bu filmlərin içində “Şərq Ekspressindəki qətl”, eləcə də “Nildə ölüm”, “Venesiyaya təqiblər” kimi ekran əsərləri də var. Puaro obrazını hər üç filmin rejissoru olan Oskar mükafatçısı Kennet Branaq canlandırıb. Ümumilikdə isə bu filmlər qlobal kassada 590 milyon dollardan çox gəlir əldə ediblər.

“20th Century” kino studiyasının rəhbəri Stiv Asbell onu da bildirib ki, hal-hazırda şirkətdə ingilis yazıçısı Kristinin əsərləri ilə bağlı layihələrlə yanaşı, “Yad: Romul”, “Meymunlar Planeti” filmlərinin ardı da çəkilir. Asbell həmçinin xüsusi vurğulayıb ki, artıq onlar “Yırtıcı” adlı ekran əsərinin ayrı-ayrılıqda iki davam filminin üzərində də işə başlayıblar.

Oqtay Qorçu