Səudiyyə Ərəbistanı dünyanın ən nəhəng hava limanını tikir –

29.10.2024 · 10:04 · Araşdırma

Dünyanın ən nəhəng hava limanı Səudiyyə Ərəbistanında olacaq

Səudiyyə Ərəbistanı yeni rekord qırmaq istəyir, bu ölkədə tikiləcək nəhəng hava limanına 30 milyard dollar xərclənəcək. Aeroport dünyada ən böyük hava limanı olacaq və ildə ən azı 120 milyon sərnişinə xidmət göstərəcək.

Azpost.info bildirir ki, xəbəri “Metro” nəşri yayıb.

Səudiyyə Ərəbistanı Krallığı altı il ərzində dünya rekordunu yeniləməyi və təxminən 30 milyard dollara başa gələn, dünyanın yeni ən böyük hava limanına çevriləcək inanılmaz “gələcəyin hava limanı” tikməyi planlaşdırır. Ər-Riyadda tikilməsi nəzərdə tutulmuş Kral Salman Beynəlxalq Hava Limanının açılışı 2030-cu ilə planlaşdırılır.

Hava limanında altı nəhəng uçuş-enmə zolağı və 57 kvadrat kilometr bina olacaq ki, bunun 12 kvadrat kilometri mağazalar və xidmətlər, barlar, restoranlar, eləcə də digər obyektlərin tərəfindən tutulacaq. Bu heyrətamiz hava limanının il ərzində xidmət göstərdiyi 120 milyon sərnişinin pərakəndə satış məntəqələrini tam sabit müştəri axını ilə təmin edəcəyi gözlənilir. Eyni zamanda da, aeroportun zallarında adamlar təyyarəyə minməyi gözləyəndə vaxtlarını çox səmərəli keçirə biləcəklər.

Bu hava limanının layihəsi Nyu-Yorkdakı “Midtown” avtobus terminalı, həmçinin Marsel hava limanı layihələri ilə tanınmış “Foster&Partners” şirkətinin tərəfindən hazırlanıb. Kral Salmanın adını daşıyacaq yeni hava limanı 40 ildən çoxdur xidmət göstərən və artıq köhnəlmiş sayılan Kral Xalid Beynəlxalq Hava Limanının yerində tikiləcək. Bununla belə, onun terminalları yalnız modernləşdirilir, həm də yeni hava limanının ümumi kompleksinə daxil edilir.

Hal-hazırda Səudiyyə Ərəbistanının Kral Salman adına olan aeroportundan hansı aviaşirkətlərin uçuşlar həyata keçirəcəyi hələlik məlum deyil. İlkin hesablamalara görə, yeni hava limanı təxminən 150 min iş yeri yaradacaq – hava hərəkətini idarə edən operatorların qruplarından tutmuş təmizləyicilərə qədər.

Nəşr yazır ki, bu nəhəng hava limanının açılışından dərhal sonra həmçinin də 120 milyon sərnişinə xidmət göstəriləcəyi, 20 ildən sonra isə sərnişin axınının təxminən 185 milyona çatdırılacağı gözlənilir.

Hal-hazırda yeni hava limanının tikintisi davam etsə də, dünyanın ən böyük hava limanı indiyə qədər yenə də bu ölkədədir. 1999-cu ildən fəaliyyət göstərən, ümumi sahəsi 774 kvadrat kilometr olan bu hava limanı, Kral Fəhdin adı verilmiş Dammam Beynəlxalq Aeroportu hələ ki, dünyanın ən böyük hava limanı sayılır.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

29.10.2024 · 09:59 · Kriminal
DİN

Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azpost.info-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Bu günə olan valyuta məzənnələri

29.10.2024 · 09:57 · İqtisadiyyat
valyuta

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

2024-cü il oktyabrın 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0496 manat, Rusiya rublu isə 0,0175 manat təşkil edib. Avroda isə 1,8375 manata kimi bahalaşma müşahidə edilib.

Valyuta Kod Kurs
ABŞ dolları USD 1,7
Avro EUR 1,8375
Avstraliya dolları AUD 1,116
Argentina pesosu ARS 0,0017
Belarus rublu BYN 0,5195
Braziliya realı BRL 0,2978
BƏƏ dirhəmi AED 0,4628
Cənubi Afrika randı ZAR 0,0959
100 Cənubi Koreya vonu KRW 0,1229
Çexiya kronu CZK 0,0724
100 Çili pesosu CLP 0,1795
Çin yuanı CNY 0,2381
Danimarka kronu DKK 0,2464
Gürcüstan larisi GEL 0,6227
Honq Konq dolları HKD 0,2187
Hindistan rupisi INR 0,0202
Britaniya funt sterlinqi GBP 2,2036
100 İndoneziya rupiası IDR 0,0108
100 İran rialı IRR 0,0004
İsveç kronu SEK 0,1596
İsveçrə frankı CHF 1,965
1 İsrail şekeli ILS 0,4563
Kanada dolları CAD 1,2232
Küveyt dinarı KWD 5,5442
Qazaxıstan tengəsi KZT 0,0035
Qırğızıstan somu KGS 0,0198
100 Livan funtu LBP 0,0019
Malayziya rinqqiti MYR 0,389
Meksika pesosu MXN 0,0848
Moldova leyi MDL 0,0949
Misir funtu EGP 0,0349
Norveç kronu NOK 0,1545
100 Özbəkistan somu UZS 0,0133
Polşa zlotısı PLN 0,4224
Rusiya rublu RUB 0,0175
Sinqapur dolları SGD 1,2836
Səudiyyə Ərəbistanı rialı SAR 0,4527
SDR (BVF-nin xüsusi borcalma hüquqları) xdr 2,2605
Türkiyə lirəsi TRY 0,0496
Tayvan dolları TWD 0,053
Tacikistan somonisi TJS 0,1593
Türkmənistan manatı TMT 0,4857
Ukrayna qrivnası UAH 0,0411
100 Yaponiya yeni JPY 1,1115
Yeni Zelandiya dolları NZD 1,0152
Qızıl XAU 4683,738
Gümüş XAG 57,7192
Platin XPT 1778,693
Palladium XPD 2098,072

Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib

29.10.2024 · 09:56 · Siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Cümhuriyyət Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“29 oktyabr – müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik.

Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik.

Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə Respublikası, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq”.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

Paylaşımda bildirilir:

“Bu gün, qardaş və müttəfiq Türkiyə Respublikasının yaradılmasından 101 il ötür.

Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq.

Bayramınız mübarək!”.