Rusiya Yəmənlə bağlı BMT-nin təcili iclasının çağırılmasını tələb edib

12.01.2024 · 08:47 · Dünya

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu ilə əlaqədar Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Birləşmiş Ştatların və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib”, – məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 11-də BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni qəbul edib. Sənəddə ərazidə gəmilərə hücumların dərhal dayandırılması tələbi yer alır.

ABŞ və Britaniya Yəməndə hərbi əməliyyata başladı –

12.01.2024 · 08:40 · Baş Yazı

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər.

Bu barədə “Reuters“ ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya 2024-cü il yanvarın 11-dən 12-nə keçən gecə Yəməndəki Ənsar Allah hərəkatının (Husilər) mövqelərinə hücum edib.

Mənbələrin məlumatına görə, Yəmənin paytaxtı Sənaya 4 hava zərbəsi endirilib. Bundan əlavə, Qırmızı dəniz sahilindəki Hudeyda şəhərindəki hədəflərə zərbələr endirilir.

“Al Hadath” telekanalının xəbərinə görə, Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb.

“Sky News Arabia” xəbər verir ki, Səna beynəlxalq hava limanı güclü bombardmana məruz qalıb.

Amerikanın NBC News telekanalının məlumatına görə, ABŞ və Britaniya hərbçiləri gəmilərdən “Tomaqavk” qanadlı raketləri ilə zərbələr endirir.

ABŞ rəsmisi Əl-Cəzirə telekanalına deyib ki, ABŞ-İngiltərənin Yəməndəki husilərin mövqelərinə zərbələri məqsədlərinə çatıb. Zərbələrin hədəfləri radar obyektləri, raket platformaları və sahil müşahidə məntəqələri olub.

ABŞ Prezidenti Co Bayden aviazərbələrin “husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab” olduğunu bildirib.

Amerika lideri bildirib ki, zərbələr Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə həyata keçirilib.

Rusiya hücumlarla əlaqədar BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib.

Britaniyanın Baş naziri Rişi Sunak Qırmızı dənizdəki əməliyyatlara münasibət bildirib.

Sunak bu zərbələrin zəruri və proporsional olduğunu bildirib.

Dekabrda koronavirusdan 10 min nəfər vəfat edib

12.01.2024 · 00:18 · Sosial

Dekabr ayında bütün dünyada keçirilən bayram tədbirləri fonunda təxminən 10 min nəfər “SARS-CoV-2” koronavirusunun “JN.1” yeni variantının yayılması səbəbindən həyatla vidalaşıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

O deyib: “Müxtəlif mənbələrdən daxil olan məlumatlar dekabrda virusun ötürülmə hallarının artmasını sübut edir. Buna əhəmiyyətli dərəcədə bayram yığıncaqları və “JN.1” variantının yayılması səbəb olub”.

ÜST başçısı dəqiqləşdirib ki, dekabrda təxminən 10 min ölüm halı qeydə alınıb, xəstəxanaya yatırılanların sayı isə təxminən 50 ölkədə – əsasən Avropada, eləcə də Şimali və Cənubi Amerikada 42 faiz artıb. O, yoluxmanın səviyyəsinin çox ehtimal ki, başqa ölkələrdə də artdığını, həmin ölkələrin müvafiq məlumatları təşkilatla bölüşmədiklərini əlavə edib.

Qebreyesus dünya ölkələrini vəziyyətin necə cərəyan etməsini diqqətlə izləməyə, eləcə də vaksinlərə və tibbi xidmətə fasiləsiz əlçatanlığı təmin etməyə çağırıb. O bildirib ki, hazırda virusun “JN.1” variantı dünyada ən çox yayılan variantdır. ÜST başçısının sözlərinə görə, mövcud vaksinlər müəyyən müdafiəni təmin etməlidir.

Fransanın yeni xarici işlər naziri təyin edilib

12.01.2024 · 00:14 · Dünya

Stefan Sejurne Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub.

Bu təyinatı Fransa Prezident Administrasiyasının rəhbəri Aleksi Koler yeni hökumətin elanı zamanı bildirib.

Yeni nazir 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.