Makron Azərbaycanın dostunu nazir təyin edib –

11.01.2024 · 23:00 · Aktual

Azərbaycanla isti münasibətləri olan, Parisin 7-ci rayonunun meri Rəşidə Dati Fransanın yeni mədəniyyət naziri təyin edilib.

Azpost.info bildirir ki, Prezident Makron Fransanın yeni hökumətinin bir sıra nazirlərini təsdiq edib.

Daxili işlər, iqtisadiyyat və maliyyə, ədliyyə və müdafiə sahələri üzrə nazirlərin öz vəzifələrində qaldığı bildirilir.

Mədəniyyət naziri dəyişib. Parisin 7-ci rayonunun meri Rəşidə Dati Fransanın yeni mədəniyyət naziri təyin edilib.

Yeni hökumətin tam tərkibi rəsmi olaraq yaxın saatlarda və ya sabah elan ediləcəyi bildirilir.

Rəşidə Dati Azərbaycanla dostluq əlaqələrinin möhkəmlənməsində rolu olan siyasətidir. Avropa Parlamentinin deputatı kimi bir neçə dəfə Bakıda səfərdə olub. O, yüksək səviyyədə qarşılanıb.

2011-ci ildə Bakıda olarkən Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Həmçinin 2011-ci ilin aprelində  “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Paris şəhərinin yeddinci rayonunun meri ilə görüşüb.

R.Dati 2012-ci ildə Bakıda səfərdə olarkən keçirdiyi mətbuat konfransıda bəyan edib ki, “Azərbaycan çoxmədəniyyətliliyin inkişafı baxımından bir çox dünya ölkələrinə nümanə ola bilər”.

Rəşidə Dati Fransa-Azərbaycan dostluq münasibətlərinin inkişafının dəstəkçilərindən olub.

Azpost.info

 

ABŞ Rusiyanın 3 təyyarəsinə və 2 poliqonuna sanksiya qoyub

11.01.2024 · 22:47 · Dünya

ABŞ Rusiyanın “224-cü uçuş dəstəsi” dövlət aviaşirkətinin direktoru Vladimir Mixeyçiki sanksiyalar siyahısına əlavə edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilir.

Bundan əlavə, Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli iki hüquqi şəxsə, habelə hərbi nəqliyyat aviasiyası ilə əlaqəli üç təyyarəyə məhdudiyyətlər tətbiq edilib.

Sanksiyaya məruz qalan hüquqi şəxslər Həştərxan vilayətindəki Aşuluk və Vladimirovka poliqonları olub.

Əli İnsanov partiyanın Ali Məclisini ləğv edib

11.01.2024 · 21:53 · Siyasət
Əli İnsanov
Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyasında Ali Məclis ləğv edilib.
Azpost.info bildirir ki, bu barədə HƏP mətbuat xidmətinin açıqlamasında bildirilir.
Məlumatda qeyd edilir ki, İdarə Heyəti qurultayda yeni redaksiyada qəbul olunmuş “Nizamnamə və Proqram”ına uyğun qərarlar qəbul edib.
Bundan sonra şəhər və rayon təşkilatlarının İdarə Heyətləri HƏP şəhər və rayon təşkilatının Məclisi adlandırılacaq. Qurultaylararası dövrdə partiyadaxili bütün məsələlərin həll olunması partiya Sədri və Partiyanın İdarə Heyəti tərəfindən həyata keçiriləcək. HƏP Gənclər Təşkilatı bundan sonra HƏP Gənclər Birliyi adlandırılacaq.
Partiyanın Ali Məclisi isə buraxılıb.
Partiya Sədrinin birinci müavini və müavinləri fəaliyyət göstərəcək.
Qeyd edək ki, partiyanın Ali Məclisinə Zəlimxan Məmmədli sədrlik edib. O, ötən ilin dekabrında HƏP sıralarından xaric edilib.
Azpost.info

Naxçıvanda ipəkçilik fabriki tikiləcək

11.01.2024 · 20:31 · İqtisadiyyat

Naxçıvanda ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması üçün müvafiq tədbirlər görüləcək.  

Bu məqsədlə ötən il oktyabrın 16-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 15-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “FLOWERS AND PLANTS” MMC ilə ötən il noyabrın 27-də satınalma müqaviləsi imzalanıb. Sözügedən tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 100.000,0 manat vəsaitin 65.136,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 34.864,0 manat məbləğində qənaət əldə olunub.