Naxçıvanda 17 yaşlı oğlan dəm qazından ölüb

11.01.2024 · 20:24 · Sosial

Naxçıvanda dəm qazdan zəhərlənən 17 yaşlı oğlan ölüb. Hadisə bugün şəhərdə qeydə alınıb.

Azpost.info “Şərq qapısı” qəzetinə istinadən bildirir ki, şəhər sakini, 2006-cı il təvəllüdlü Cəfərov Rövşən Bəşir oğlu dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılır.

“Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik” –

11.01.2024 · 20:20 · Siyasət

“Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik”.

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.

“Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik”, – ABŞ diplomatı deyib.

O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var: “Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq”.

ABŞ diplomatı vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək.

Zelenski xaricə gedən kişiləri Ukraynaya qayıtmağa çağırıb

11.01.2024 · 19:22 · Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinin həm Rusiya təcavüzünə qarşı döyüşmək, həm də ölkə iqtisadiyyatını dəstəkləmək üçün səfərbərlik yaşında olan xaricə gedən ukraynalı kişilərə ehtiyacı var.

APA “ERR.ee”-yə istinadən xəbər verir ki, Prezident Zelenski bu barədə Tallində Estoniya Baş naziri Kaya Kallas ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ukrayna qaydalarını pozaraq xaricə gedənlərin olduğunu görürük. Bu adamlar, əgər səfərbərlik yaşındadırlarsa, Ukraynada olub, Ukraynaya kömək etməlidirlər. Mən burada cəbhədə kimin olub-olmamasından danışmıram, bununla bağlı müvafiq qanunumuz var. Amma bu, etika və əxlaq məsələsidir”, – Zelenski bildirib.

Zelenski qeyd edib ki, cəbhədə döyüşən bir əsgər üçün 6-8 vergi ödəyicisinin vergi pulu lazımdır. “Əgər siz Ukraynada olsanız, cəbhə xəttində olmasanız da, işləyərək verginizi ödəsəniz, siz də töhfə verirsiniz, ölkəni qoruyursunuz. Amma əgər siz səfərbərlik yaşında və xaricdəsinizsə, Ukraynada vergi ödəmirsinizsə və ölkəni qeyri-qanuni tərk etmisinizsə, o zaman suallar meydana çıxır”,- Ukrayna dövlət başçısı vurğulayıb.

“Əgər biz Ukraynanı və Avropanı xilas etmək istəyiriksə, hamımız düşünməliyik ki, Ukraynaya kömək edək, ya yox. Biz döyüş meydanında olan vətəndaşlar, yaxud işləyib vergi ödəyən vətəndaşlar ola bilərik. Əks halda, ordu üçün pul yoxdur və Ukraynanı qoruyacaq heç kim qalmayacaq”, – Ukrayna Prezidenti əlavə edib.

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi hazırlanıb

11.01.2024 · 19:12 · Sosial

Təhsil İnstitutu tərəfindən cari ildə keçiriləcək müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi hazırlanıb.

Bu barədə institutdan bildirilib. Qiymətləndirmə çərçivəsi ilə Təhsil İnstitutunun saytından tanış olmaq mümkündür.