2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30,0 milyard manat səviyyəsinə çatacaq.
Azpost.info bildirir ki, bu barədə Maliyyə Naziriyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.
Bu, ÜDM-in 23,0 faizidir. Həmin dövrdə xarici dövlət borcunun 9,0 milyard manat vəya ÜDM-in 7,0 faizi həcmində, daxili dövlət borcunun isə 21,0 milyard manat və ya ÜDM-in 16,0 faizi həcmində olacağı gözlənilir.
Ortamüddətli (2025-2028-ci illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məblə ğinin 33,8 milyard manat səviyyəsinə çatacağı, ÜDM-in 23,0 faizdən aşağı olacağı gözlənilir.