Varlılar üçün 170 yeraltı sığınacaq tikilib –

06.05.2025 · 16:14 · Araşdırma

ABŞ qlobal fəlakət zamanı ən varlı vətəndaşlarına sığınacaq vermək üçün 170 yeraltı tikili tikib.

AzPost bildirir ki, bu sözləri Corc Buş administrasiyasının keçmiş rəsmisi Ketrin Austin Fitts jurnalist Taker Karlsona müsahibəsində bildirib.

1998-2015-ci illər arasında ABŞ büdcəsində 21 trilyon dollar hesablanmayan xərclər olub. Onun fikrincə, bu vəsait bunkerlərin və yeraltı nəqliyyat sisteminin maliyyələşdirilməsinə sərf edilib.

AzPost.az

Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər təyin edib –

06.05.2025 · 16:10 · Siyasət
İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə:

Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib;

Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;

Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;

Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;

Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;

apellyasiya məhkəmələri üzrə:

Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;

Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;

Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;

Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;

Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;

Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;

Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;

inzibati məhkəmələr üzrə:

Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilib;

Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri təyin edilib;

İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri təyin edilib;

Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri təyin edilib;

kommersiya məhkəmələri üzrə:

İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri təyin edilib;

Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilib;

Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri təyin edilib;

Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib;

rayon (şəhər) məhkəmələri üzrə:

Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilib;

Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

AzPost.az

Almaniya bundestaqı yeni kansleri seçə bilmədi –

06.05.2025 · 16:04 · Dünya
Fridrix Merz Almaniyada kansleri seçkilərinin ilk turunda tələb olunan səs çoxluğunu qazana bilməyib. 
Seçkinin ilk mərhələsində Almaniya Prezidenti Bundestaqa bir namizəd təklif edir. Adətən Prezident, Bundestaqda əksəriyyət qazana biləcək şəxs namizəd kimi irəli sürür. İttifaq (CDU/CSU) və SPD arasında uğurlu koalisiya danışıqlarından sonra bu şəxs Friedrich Merz idi.
Kansler seçilə bilməsi üçün namizədin Bundestaq üzvlərinin yarısından çoxunun səsini alması tələb olunur (bu, “kansler çoxluğu” adlanır). Hazırda Bundestaqda 630 deputat var. Bu o deməkdir ki, 316 deputat “hə” deməlidir.
Fridirix Merz birinci turda 310 “hə” və 307 “yox” səsi aldı. Bu isə kansler seçilməsi üçün kifayət etmir.
Səsvermə gizli keçirildiyi üçün hansı deputatların Merzə səs vermədiyi bilinmir.
İndi nə baş verəcək?
Konstitusiyaya görə ikinci mərhələyə keçilir: Bundestaqın bir namizədi seçməsi üçün 14 günü var. Bu mərhələdə təşəbbüs hüququ Bundestaqa keçir. Bundestaq yenidən Fridirix Merzi namizəd göstərə bilər, lakin başqa bir namizəd də ola bilər. Hətta kansler Bundestaq üzvü olmayan biri də seçilə bilər.
Bundestaqın iş qaydalarına görə namizədin irəli sürülməsi üçün deputatların dörddə birinin və ya belə böyüklükdə bir fraksiyanın təklifi lazımdır.
Bu 14 gün ərzində istənilən qədər səsvermə keçirilə bilər.
İkinci mərhələdə də kansler çoxluğu – yəni 316 səs – tələb olunur. Səsvermə yenə gizli aparılır.
Əgər ikinci mərhələnin sonunda (14 gündən sonra) hələ də kansler seçilməzsə, konstitusiyaya görə dərhal yeni bir səsvermə keçirilməlidir – bu artıq üçüncü mərhələdir.
Əgər bu mərhələdə bir namizəd kansler çoxluğu qazanarsa, Prezident onu təyin etməlidir. Amma bu mərhələdə ən çox səs alan şəxs də kansler seçilmiş sayılır – artıq mütləq 316 səs şərti yoxdur.
Əgər heç kim kansler çoxluğunu qazanmazsa, Prezidentin iki seçimi var: ya ən çox səs alan şəxsi kansler təyin edir, ya da Bundestaqı buraxır. Bu halda Almaniyada 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.
Olaf Scholz yeni kansler təyin olunana qədər vəzifəsini icra etməyə davam edir.

AzPost.az

Putin və Pezeşkian telefonla danışdı –

06.05.2025 · 15:54 · Dünya
putin pezeskian
Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
AzPost bildirir ki, bu barədə Kremldən açıqlama verilib.
Dövlət başçıları mövcud beynəlxalq və regional məsələlər, o cümlədən Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparıb.
Prezidentlər yanvarın 17-də Pezeşkyanın Rusiyaya rəsmi səfəri zamanı imzalanmış iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

AzPost.az