Bu universitetdə yeni ixtisas yaradılacaq

06.05.2025 · 15:43 · Gündəm
Universitetlər regionlara köçürüləcəkmi.

Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq yekunlaşıb. Bundan sonrakı prosesdə abituriyentlər blok imtahanlarında iştirak edəcəklər. Cari ildə bir sıra ali təhsil müəssisələrində ixtisaslarda bəzi dəyişikliklərin olacağı proqnozlaşdırılır.

İxtisaslarında dəyişiklik olacaq ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir (ADPU).

Mövzu ilə bağlı ali təhsil müəssisəsindən saytımıza bildirilib ki, əmək bazarının və müasir dövrün tələblərinin, həmçinin də Təhsil ixtisasları qrupu üzrə işçi qrupun ilkin qərarları nəzərə alınmaqla, “Korreksiyaedici təlim” ixtisasının adı “Xüsusi pedaqogika”, “İnformatika müəllimliyi” ixtisasının adı “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının adı isə “Riyaziyyat, informatika və rəqəmsal bacarıqlar müəllimliyi”  adı ilə əvəzlənib. Bundan əlavə, cari ildən yeni yaradılan “Fizika və riyaziyyat müəllimliyi” ixtisasına qəbul aparılacaq.

Qeyd edilib ki, magistratura və doktorantura səviyyələri üzrə son illərdə müxtəlif yeni ixtisasaşmalar yaradılıb, burada təhsil idarəetməsi ixtisaslaşmaları geniş yer tutur. Hazırda əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmaların da yaradılması İşçi qrupda müzakirə edilir.

©modern.az

AzPost.az

Türkmənistandan ölkəmizə pomidor idxalına qadağa qoyulub

06.05.2025 · 15:32 · İqtisadiyyat

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.

Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70 faiz məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

AzPost.az

Rusiyaya giriş üçün QR kodu tələb olunacaq

06.05.2025 · 15:30 · Dünya
Rusiya

Xarici vətəndaşlardan Rusiyaya daxil olmaq üçün QR kodu tələb olunacaq.

İyunun 30-dan etibarən Rusiyaya vizasız daxil olmaq üçün “Gosuslugi RuID” vasitəsilə əvvəlcədən QR kodu əldə etmək lazım olacaq.

Rusiyaya səyahətdən ən azı 3 gün əvvəl qeydiyyat tələb olunur: məlumatlarınızı, marşrutunuzu, səfər məqsədinizi daxil etməli və sənədləri yükləməlisiniz. Xarici Xarici vətəndaş fövqəladə hallarda girişdən 4 saat əvvəl qeydiyyatdan keçməlidir.

QR kod 90 gün ərzində etibarlıdır. Lakin bu əcnəbinin RF ərazisinə mütləq girişinə zəmanət vermir. Bununla bağlı qərar hələ də sərhədçilərin ixtiyarındadır. Bundan əlavə xarici vətəndaş sərhədi keçən zaman həmçinin biometrik məlumatları təqdim etməlidir.

İstisnalar Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlar üçündür.

Pilot rejim 2026-cı ilin iyun ayına qədər davam edəcək.

©apa

AzPost.az

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb

06.05.2025 · 15:22 · Siyasət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, nazir müavini Səid Xətibzadə ilə görüşüb.

Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzPost.az