10 manata gilası necə alaq?

27.05.2025 · 09:00 · Baş Yazı, Sosial
Meyvə-tərəvəz bazarı

Yay fəsli yaxınlaşdıqca, bir çox meyvə və tərəvəzin qiymətinin enməsi müşahidə edilir.

Lakin gilasın qiyməti dəyişmir.

Satıcılar bildiriblər ki, hazırda bazarlarda gilasın qiyməti 6-10 manat arasındadır.

Səbəb isə bölgələrdə hökm sürən qeyri-sabit hava şəraitidir.

Fermerlərin sözlərinə görə, 10% belə gilasımız qalmayıb. Gilaslar çürüyür, satmaq isə olmur.

Ətraflı Baku TV-nin süjetində:

AzPost.az

Apteklərdə bu dərmanlar “qeybə çəkilib”

27.05.2025 · 08:41 · Aktual
Dərman

Hazırda bir çox vətəndaş dərman vasitələrinin əlçatan olmamasından şikayətçidir. AzPost APA TV-yə istinadən xəbər verir ki, vətəndaşlar bəzən lazım olan preparatları tapmaq üçün bir neçə apteki gəzməyə, bəzən isə xaricdən sifariş verməyə məcbur qalırlar.

Xüsusilə də uşaq dərmanlarının və bəzi reseptlə verilən dərmanların tapılmaması insanların narahatlığına səbəb olur.

Məsələ ilə bağlı həkim-terapevt Sübhan Hacıyev bildirib ki, bəzi dərmanlar araşdırılaraq faydasından çox ziyanının olduğu müəyyən olunub və istifadəsi məqsədəuyğun hesab olunmayıb. Nəticədə siyahıdan çıxarılıb.

AzPost.az

Bu bitkilər yataq otağında təhlükə saçır

27.05.2025 · 08:22 · Araşdırma
Otaq bitkiləri

Bəzi ev bitkiləri yataq otağı üçün təhlükəli ola bilər. AzPost xəbər verir ki, bu barədə Rusiyanın Perm Politexnik Universitetinin müəllimi və bioloq Nikita Kifel açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, bu bitkilər məhdud məkanda yerləşdirildikdə tənəffüs, dəri və həzm sisteminə mənfi təsirlər göstərə bilər. Onun fikrincə, xüsusilə oleander, xrizantema, Dieffenbachia, Monstera və filodendron kimi bitkilər ehtiyatla saxlanmalıdır.

Bioloq qeyd edib ki, oleander bitkisində olan oleandrin və curin adlı maddələr ürək və sinir sisteminə zərər verir. Onun şirəsi ağız yolu ilə qəbul edildikdə qusma, ishal və kolika kimi ciddi simptomlara səbəb olur.

Xrizantemalar da zərərsiz sayılmır. Bu bitki allergik reaksiyalar törədə, tənəffüs yollarında qıcıqlanma yarada bilər. Dieffenbachia və Monstera isə zəhərli şirəyə malikdir və bu səbəbdən onlara toxunmaq təhlükəli ola bilər.

Kifel həmçinin filodendron bitkisinə də diqqət çəkib. Onun tərkibində olan kalsium oksalat udulduqda ağızda uyuşma və yaralara səbəb olur. Bioloq bu bitkilərin uşaqların və ev heyvanlarının əli çatmayan yerlərdə saxlanmasını tövsiyə edir.

“Əgər bu bitkiləri yalnız bəzək məqsədilə saxlasaq və toxunmasaq, ciddi zərər olmaz. Amma onları dişləyən heyvanlar və ya uşaqlar üçün təhlükə böyükdür,” – deyə mütəxəssis xəbərdarlıq edib.

AzPost.az

İsrailin zərbələri nəticəsində Qəzzada bir gündə azı 81 nəfər öldürülüb

27.05.2025 · 08:01 · Dünya
Qəzza planı

İsrailin Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 81 nəfər öldürülüb.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzira” telekanalı məlumat yayıb.

Məlumata görə, həlak olanların ümumi sayından 53 nəfəri Qəzza şəhərinin bombalanmasının qurbanı olub.

AzPost.az