Avropanın Rusiyaya qarşı sanksiyaları sərt deyil –

15.09.2025 · 09:02 · Dünya

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları kifayət qədər sərt deyil.

O, bu barədə Nyu-Cersi ştatının Bedminster şəhərində jurnalistlərə açıqlamasında bildirib.

“Mən sanksiya tətbiq etməyə hazıram, amma onların da öz sanksiyalarını sərtləşdirməsi lazımdır ki, mənim addımlarımla üst-üstə düşsün. Avropanın Rusiyadan neft aldığı halda bizdən Rusiyaya qarşı bütün gücümüzlə hərəkət etməyimizi gözləmək olmaz”, – deyə Tramp vurğulayıb.

AzPost.az

Xəzərdə 4 bal gücündə zəlzələ olub

15.09.2025 · 09:00 · Sosial
Xəzər

Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 07:41-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.

Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib.

AzPost.az

PUA-ya görə Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb

14.09.2025 · 23:54 · Dünya

Rumıniya Xarici İşlər Nazirliyi 2025-ci il sentyabrın 13-də ölkənin hava məkanının Rusiya dronu tərəfindən pozulması ilə əlaqədar Rusiyanın səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.

APA xəbər verir ki, bu barədə diplomatik qurumun məlumatında deyilir.

“Rumıniya tərəfi bu qəbuledilməz və məsuliyyətsiz addımla bağlı qəti etirazını bildirib. Bu, Rumıniyanın suverenliyinin pozulmasıdır”, – XİN-in bəyanatında qeyd olunur.

AzPost.az

Xankəndidə silahlı təxribata hazırlaşan erməninin görüntüləri yayıldı –

14.09.2025 · 23:12 · Baş Yazı
Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.
APA-nın əldə etdiyi görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub.
Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.
Qeyd edək ki, Katen Avanesyan bu gün qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
K. Avanesyan hazırda həkim nəzarətindədir.

AzPost.az