Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb

14.09.2025 · 23:00 · Dünya

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması Xəzər dənizində komanda-qərargah təlimlərinə başlayıb.

AzPost bildirir ki, donanmanın mətbuat xidmətinin məlumatına görə, təlimlərə 15-dən çox döyüş gəmisi, eləcə də təyyarə və sahil raket kompleksləri cəlb olunub.

Praktiki hissədə Xəzərdə dəniz təsərrüfat fəaliyyətinin əsas ərazilərinin və zonalarının müdafiəsi, pilotsuz kater və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi üzrə hərəkətlərin məşq edilməsi planlaşdırılır.

Ümumilikdə silahların praktiki tətbiqi ilə 25-dən çox döyüş təlimi nəzərdə tutulub.

Bundan əvvəl Xəzər Donanması iyulun sonu və avqustda təlimlər keçirib.

AzPost.az

Çində zibil tükənir, zavodlar üçün yanacaq azalır

14.09.2025 · 22:48 · Maraqlı

Çində zibil tükənir, zibilyandırma zavodları üçün yanacaq getdikcə azalır.

Azpost bildirir ki, bu barədə Financial Times xəbər verir.

Çin əvvəllər şəhərlərdə yığılan tullantıları məhv etmək üçün zavodlara böyük sərmayə qoyub.

Tullantıların enerjiyə çevrilməsi üzrə Qlobal Şuranın məlumatına görə, hazırda Çində 1000-dən çox zibili enerjiyə çevrilən zavod var. Bu da dünyanın tullantıdan enerjiyə çevrilmə potensialının yarıdan çoxunu təşkil edir. Zavodlar gündə 1,1 milyon tondan çox tullantı yandırmağa qadirdir ki, bu da hökumətin hədəflərindən xeyli çoxdur.

Bütün bunlar ona gətirib çıxarıb ki, getdikcə daha çox operator həddən artıq güclə üzləşir. Bəzi zibilyandırma zavodları ilin çox hissəsi və ya bütün müddətində boş dayanır. Digərləri isə tikinti sahələrindən və ya yerli hökumətlərdən sənaye tullantıları almağa başlayıb.

AzPost.az

Rusiyalı alimlər çoxgünlük maqnit qasırğası proqnozlaşdır

14.09.2025 · 22:02 · Sosial
maqnit qasırğası

Günəşdə bir neçə gün davam edəcək böyük tac dəliyi səbəbindən G2-G3 səviyyəli bir sıra geomaqnit qasırğaları gözlənilir.

AzPost bildirir ki, bu barədə  Rusiya Elmlər Akademiyası laboratoriyalarının proqnozunda deyilir.

Qərb elmi mərkəzləri bu proqnozu dəstəkləməsələr də, xəbər dünya mediası tərəfindən aktiv şəkildə yayılır. Proqnozun dəqiqliyi yaxın saatlarda və günlərdə bəlli olacaq.

AzPost.az

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verib

14.09.2025 · 21:35 · Dünya

Polşa Prezidenti Karol Navrotski ölkə ərazisində NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinə razılıq verən qətnaməni imzalayıb.

Bu barədə məlumatı Polşanın Milli Təhlükəsizlik Bürosu yayıb.

Qeyd olunur ki, sözügedən qərar “Şərq keşikçisi” əməliyyatı çərçivəsində Polşanın müdafiəsini gücləndirmək məqsədi daşıyır.

AzPost.az