Sabiq prezident Sarkozi həbsxanada tək oturacaq

19.10.2025 · 10:10 · Dünya

Fransanın sabiq prezidenti (2007–2012) Nikolya Sarkozi cəzasını Santa həbsxanasında təkadamlıq kamerada çəkəcək.

Bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həbsxana Paris şəhərində yerləşir və xüsusi təhlükəsizlik rejimi tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.

Qeyd edək ki, 70 yaşlı Sarkozi 2007-ci ildə seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

AzPost.az

Yerdə kürəsində maqnit qasırğası başlayıb

19.10.2025 · 09:53 · Sosial
maqnit qasırğası

Yer kürəsində maqnit qasırğası başlayıb.

Bu, oktyabr ayında qeydə alınan üçüncü belə hadisədir. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib. Bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.

Bu şkalada G5 “ekstremal güclü”, G1 isə “zəif” qasırğa hesab olunur.

AzPost.az

Rusiya yeni reallıqları qəbul etdi

18.10.2025 · 23:12 · Dünya
Türkiyə London sammitinə

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Rusiya və Suriya münasibətlərindən danışıb.

APA xəbər verir ki, nazir Rusiya və Suriya prezidentlərinin görüşünü müsbət hadisə kimi dəyərləndirib:

“Rusiya və Suriya tərəfinin dialoqu vacibdir. Bu baxımdan Əhməd əl-Şaaranın yetkin siyasətçi kimi davranışı təqdirəlayiqdir. Əhməd əl-Şaara və onun dostları Rusiyaya qarşı radikal mövqe sərgiləmədi, masaya əyləşib danışıqlar apardılar. Şaaranın məsuliyyətli davrandığını düşünürəm və bu məsələdə Rusiyanın mövqeyini də təqdir edirəm”.

AzPost.az

HAMAS daha iki girovun cəsədini İsrail tərəfinə təhvil verəcək

18.10.2025 · 22:01 · Dünya

HAMAS hərəkatı daha iki israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verəcək.

APA xəbirr ki, barədə məlumat HAMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” nın Telegram kanalında yayımlanıb.

 

Hazırda cəsədlərin təhvil veriləcəyi yer və girovların adları açıqlanmayıb.

AzPost.az