Qadın “ChatGPT” sayəsində lotereyada 100 min dollar qazandı

18.10.2025 · 20:30 · Sosial

ABŞ-dən olan bir qadın “ChatGPT”yə etibar edib və lotereyada 100 min dollar qazanıb.

Bu barədə UPI məlumat yayıb.

Miçiqanlı Temmi Karvi şansını süni intellektə etibar etmək qərarına gəlib. Qadın “ChatGPT”dən lotereya oyunu üçün bir sıra nömrələr seçməyi xahiş edib.

“Mən sadəcə “ChatGPT”dən nömrələr təklif etməyi xahiş etdim. Onları biletə daxil etdim – və budur! Həyat yoldaşımla mən tam şokda idik”, – lotereya qalibi bildirib.

Karvi pulu ipotekanı ödəmək və əmanətlərini artırmaq üçün istifadə etməyi planlaşdırır.

Lotereya rəsmilərinin sözlərinə görə, bu, iştirakçının uduş üçün süni intellektdən istifadə etdiyini açıq şəkildə etiraf etdiyi ilk qeydə alınmış hadisədir.

AzPost.az

Yunanıstan Azərbaycandan neft idxalını artırıb

18.10.2025 · 20:15 · İqtisadiyyat

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 500,7 min ton xam neft və neft məhsulları ixrac edilib.

Bu haqda Trend Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcm baxımından isə 272 min ton və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Yunanıstan Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkələr arasında 7-ci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.

Məlumatlara görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları və ya 18,8 faiz, həcmi baxımından isə 613 min ton və ya 3,5 faiz azdır.

AzPost.az

“Əl-Hilal”ın futbolçusu “Fənərbaxça”ya keçə bilər

18.10.2025 · 20:00 · İdman

“Əl-Hilal”ın futbolçusu Sergey Milinkoviç-Saviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Məlumata görə, “Fənərbaxça” serbiyalı yarımmüdafiəçini transfer etmək istəyir.

İstanbul nəhəngi 30 yaşlı orta xətt oyunçusunu yanvar ayında heyətinə qatmaq istəyir. Təcrübəli futbolçunun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

AzPost.az

Günəşdə 47 dəqiqə davam edən iki partlayış baş verib

18.10.2025 · 19:45 · Sosial

Oktyabrın 18-nə keçən gecə Günəşdə M güc sinfinə aid iki partlayış baş verib.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Məlumata görə, M1.0 gücündəki partlayışlardan biri 26, digəri isə 21 dəqiqə davam edib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

AzPost.az