Polşa “Şimal axını 2”-yə hücumla bağlı araşdırmanın dayandırmasını tələb edib

15.10.2025 · 13:20 · İqtisadiyyat

Polşa Almaniyadan “Şimal axını 2” hücumu ilə bağlı araşdırmanı dayandırmasını tələb edib.

AzPost bildirir ki, Varşava bunun “Polşa və NATO-nun maraqlarına xidmət etmədiyini” iddia edib.

Polşa kəşfiyyatı həmçinin qeyd edib ki, ölkə hücumda iştirak etmiş ola biləcək bütün şəxsləri qorumaqda maraqlıdır.

AzPost.az

Qəzzanın yenidən qurulmasına 70 milyard dollar lazımdır –

15.10.2025 · 13:10 · Dünya

Qəzza zolağının yenidən qurulması 70 milyard dollara başa gələ bilər.

AzPost bildirir ki, bu barədə BMT -nin sözçüsü Yako Silliers bildirib.

Onun sözlərinə görə, bu bərpa onilliklər çəkə bilər. Təkcə yaxın üç ildə 20 milyard dollara ehtiyac olacaq. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 55 milyon ton zibil yığılıb. Bu da 13 Misir piramidasına bərabərdir.

AzPost.az

Şuşada mədəni irsə əsaslanan şəhərsalma modeli tətbiq olunur –

15.10.2025 · 13:08 · Sosial

Şuşada mədəni irsə əsaslanan şəhərsalma modeli tətbiq olunur.

Bunu Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin İdarə Heyətinin direktoru Marcelina Zielinska Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edərkən deyib. O, Şuşa şəhərində həyata keçirilən bərpa və planlaşdırma işlərinin mahiyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, Şuşa şəhərinin baş planı “mədəni irsə həssas planlaşdırma” (Heritage Sensitive Master Planning) prinsiplərinə əsaslanır və məqsəd tarixi abidələrin qorunması ilə yeni inkişafın vəhdətini yaratmaqdır: “Məqsəd təkcə irsi qorumaq deyil, onu müasir inkişafla birləşdirərək həm estetik, həm də iqtisadi baxımdan dayanıqlı şəhər formalaşdırmaqdır”.

Zielinska qeyd edib ki, Şuşanın şərq hissəsində tarixi memarlıq və mədəni irs elementləri qorunaraq bərpa olunur, qərb hissəsində isə müasir yaşayış məhəllələri, yollar və yeni inkişaf zonaları yaradılır: “Şərq hissə şəhərin tarixi ruhunu saxlayır, qərb hissə isə yeni inkişafın mərkəzinə çevrilir. Bu bölgü şəhərin həm kimliyini, həm də gələcəyini qorumağa xidmət edir”.

O əlavə edib ki, layihənin həyata keçirilməsi üçün yerli və beynəlxalq ekspertlər birgə çalışıb, tarixi sənədlər, arxiv fotolar və memarlıq nümunələri öyrənilib: “Bu proses çoxsaylı mütəxəssislərin iştirakı ilə, beynəlxalq standartlara uyğun şəkildə aparılıb”.

AzPost.az

Sabahın hava proqnozu açıqlanıb

15.10.2025 · 13:05 · Sosial
Hava

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında, axşama doğru isə əksər rayonlardan arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

AzPost.az