Diş əti üçün ən təhlükəli qida hansıdır? –

15.10.2025 · 13:00 · Katogriyasız

London Kral Kollecinin alimləri aşkar ediblər ki, qırmızı ət diş əti üçün ən təhlükəli qidadır.

AzPost -un məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” nəşri xəbər verir. Qırmızı ət ağız boşluğunda iltihabını təşviq edir.

Tədqiqatda 200 böyük insanın qidalanma vərdişləri araşdırılıb. Məlum olub ki, ağır diş əti xəstəliyi riski  daha çox qırmızı ət istehlak edən insanlarda daha yüksəkdir.

Araşdırmanın həmmüəllifi Cuzeppe Mainas  deyib ki, “biz periodontal xəstəliyinin şiddətlənməsi ilə pəhriz arasında mümkün əlaqəni müşahidə etdik. Bu nəticələr pəhriz qəbulu və diş əti xəstəliyi arasındakı əlaqəni anlamaq üçün mühüm başlanğıc nöqtəsi təmin edir”.

“Bu markerlər bədən zədə və ya iltihabla qarşılaşdıqda artır. Bununla belə, bu, bəzən diş əti xəstəliyinə səbəb ola biləcək həddindən artıq aktiv immun reaksiya ilə nəticələnə bilər. Tərəvəzlər, paxlalılar və süd məhsulları bu markerlərin səviyyəsini azaltmaqda faydalı ola bilər” -deyə periodontoloq, professor Luici Nibali bildirib.

O, hazırda diş əti problemlərinin britaniyalıların 45%-ni əhatə etdiyini vurğulayıb.

AzPost.az

Mərcə girdi, 26 qələm uddu, həkim şoka düşdü

15.10.2025 · 12:50 · Maraqlı

Qazaxıstanda bir şəxsin mədəsindən qələm dəsti çıxarılıb.

AzPost bildirir ki, Çimkənddə mərcə girən kişi 26 qələm udub. 38 yaşlı kişidə bbu “qəhrəmanlıqdan” sonra mədə ağrısı başlayıb. və həkimə müraciət edib.

Həkimlər bütün udulmuş əşyaları çıxarmaq üçün endoskopdan istifadə edərək iki saat vaxt sərf ediblər.

AzPost.az

Rusiyada SİM kart almağa məhdudiyyət qoyulur

15.10.2025 · 12:40 · Maraqlı
Kartdan oğurlanan pulu qaytarmaq

Noyabrın 1-dən Rusiya SİM kartların sayına məhdudiyyət tətbiq edəcək.

AzPost bildirir ki, bu barədə DİN-dən verilən açıqlamda deyilir.

Bundan sonra SİM kart adambaşına 20-dən çox olmamalıdır. DİN-in məlumatına görə, hökumət xidmətləri saytı vasitəsilə vətəndaşa neçə nömrə yazıldığını yoxlamaq mümkün olacaq.

AzPost.az

ABŞ bu ölkənin siyasətçi və rəsmilərinin giriş vizalarını ləğv edib

15.10.2025 · 12:30 · Dünya
Viza

ABŞ hökuməti Tramp administrasiyası ən azı 50 Meksikalı siyasətçi və hökumət rəsmisinin vizalarını ləğv edib.

AzPost bildirir ki, bu barədə iki meksikalı məmur Reuters-ə bildirib.

Bir neçə belə hal ictimaiyyətə açıqlanıb. Lakin Reuters-in hesabatı göstərir ki, vizaların ləğvi açıqlanmasa da tez-tez baş veririmiş.

Mənbələrə görə, ABŞ-dan kiminsə vizasının ləğvi üçün izahat tələb olunmur. Bunun üçün sanksiyalar tətbiq etmək imkanı xeyli aşağıdır.

Reuters-in şərh sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib:
“Xarici rəsmilərin vizaları da daxil olmaqla, ABŞ-ın milli maraqlarına zidd fəaliyyətlərə görə istənilən vaxt ləğv edilə bilər”.

AzPost.az