Azərbaycan – İslandiya oyunu başlanıb –

13.11.2025 · 21:02 · İdman

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan – İslandiya oyunu başlanıb.

Oyun üçün heyətlər müəyyənləşib.

Komandalar aşağıdakı tərkibdə çıxırlar:

Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotskyuk, Abbas Hüseynov, Rüfət Abbasov, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə

Ehtiyat heyət: Rza Cəfərov, Səlahət Ağayev, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Bədavi Hüseynov, Coşqun Nuriyev, Rüfət Abdullazadə, Qismət Alıyev, Cəlal Hüseynov, Anatoli Nuriyev

İslandiya: Oulaffson, Ellertssson, Qretarsson, İnqason, Pallson, Qvyudmyundsson, Youhanesson, Haraldsson (k), Qvyudmyundsson, Hlinsson, A.Qudyonsen

Ehtiyat heyət: Valdimarsson, Eynarsson, Q.Tordarson, Totsteynsson, Villümsson, S.Tordarson, Qunnarsson, Baldürsson, Byarkason, D.Qudyonsen, Maqnusen

AzPost.az

Rusiyada qırıcı təyyarə qəzaya uğradı 

13.11.2025 · 20:57 · Dünya

Rusiyada Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb. 

AzPost bildirir ki, hadisə Kareliyadakı Petrozavodsk hava limanı yaxınlığında baş verib. İlkin məlumatlara görə, iki nəfərlik heyət təyyarəni son dəqiqəyə qədər yaşayış məntəqələrindən uzaqlaşdırıb. Pilotlar katapult edə bilməyiblər.

SHOT-un məlumatına görə, təyyarə meşəyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə gedir.

AzPost.az

Tramp və Putindən sonra Çin sədri də G20 sammitndə iştirakını ləğv edib

13.11.2025 · 20:39 · Dünya

Çin sədri Si Cinpin G20-yə səfərini ləğv edib.

AzPost bildirir ki, Çini 21-23 noyabr tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilməsi planlaşdırılan G20 sammitində Baş nazir Li Qianq təmsil edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat verib. Pekin qeyd edib ki, G20 sammitində iştirak etməzdən əvvəl Li Qianq 17-18 noyabr tarixlərində Moskvada və 19-20 noyabr tarixlərində Zambiyada keçiriləcək ŞƏT Hökumət Başçılarının görüşündə iştirak edəcək.

Tramp əvvəllər Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini bildirərək, ev sahibi ölkənin “çox pis siyasət yürütdüyünü” iddia etmişdi. ABŞ prezidenti Cənubi Afrika hakimiyyətinin ölkədə “ağ fermerlərin qırğınlarını” asanlaşdırdığına dair əsassız ittihamlar irəli sürüb. Nəticədə, ABŞ görüşdə ümumiyyətlə təmsil olunmayacaq.

Putin də sammitə gəlməyəcək. Rusiyanı Prezident Administrasiyasının aparat rəhbərinin müavini Maksim Oreşkin təmsil edəcək. 2021, 2022, 2023 və 2024-cü illərdə ölkəni xarici işlər naziri Sergey Lavrov təmsil edib. Putin sonuncu dəfə G20 sammitində 2020-ci ildə iştirak edib.

AzPost.az

ABŞ İrana PUA detalları göndərən iki Ukrayna şirkətinə sanksiya qoydu

13.11.2025 · 19:34 · Dünya

ABŞ İrana PUA komponentləri tədarük etdiklərinə görə iki Ukrayna şirkətinə sanksiyalar tətbiq edib.

AzPost bildirir ki, Vaşinqtonun məlumatına görə, GK Imperativ Ukraina MMC və Ekofera MMC İrana ikili təyinatlı komponentlər və elektronika tədarük ediblər.

ABŞ hakimiyyəti hesab edir ki, bu tədarüklərin alıcısı ballistik raketlər və Şahid PUA-ları istehsal edən, dövlətə məxsus İran korporasiyası olan I”ran Aircraft Manufacturing Industries Corporation” (HESA) olub.

Sanksiyalara məruz qalan şirkətlər yalnız nominal olaraq Ukraynaya məxsusdur. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, əslində onlar İranın tədarük agenti olan iranlı Bəhram Tabibi tərəfindən yaradılan şirkətlərdir.

Bu sxemdə İranla əlaqəli digər şirkətlər və vasitəçilər də iştirak edib. Onlar həmçinin Tehranın nüvə proqramına qarşı ABŞ sanksiyalarına məruz qalırlar. Müvafiq siyahı 32 sətir genişləndirilib və hazırda İran, BƏƏ, Türkiyə, Çin, Honkonq, Hindistan və Almaniyadan olan fiziki və hüquqi şəxsləri əhatə edir.

AzPost.az