Quyudan tapılan Səddam, Corc Buş nəyə gülüb?

13.01.2025 · 12:32 · AzPostMedia, Baş Yazı

3 dekabr 2003-cü il. İraqı işğal edən ABŞ əsgərləri ölkə prezidenti Səddam Hüseyni gizləndiyi quyudan çıxarırlar.

AzPost bildirir ki, Səddamı ilk dindirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin müstəntiqi Con Nikson olub. 10 il sonra – 2013-cü ildə çap etdirdiyi kitabında o, bu istintaq barədə detalları açıqlayıb. İstintaq zamanı Səddam deyib ki, Ben Laden və “Əl Qaidə” ilə heç bir əlaqəsi yoxdur. 11 sentyabr hadislərinə toxunan Səddam bildirib ki, “Baxın görün bu terrorçular hansı ölkədən gəliblər? Səudiyyə Ərəbistanı və Misirdən. Axı siz mənim onlarla əlaqəli olduğumu hardan götürmüsüz?”.

2006-cı ildə ABŞ Senatının açıqladığı rəsmi hesabatda etiraf olundu ki, Səddam Hüseynin “Əl Qaidə” ilə heç bir bağlantısı olmayıb. Səddam hətta 1995- ci ildə Ben Ladenin köməklə bağlı təklfini rədd edibmiş.

MKİ-nin müstəntiqi Nikson ABŞ prezidenti Corc Buşla Oval kabinetdəki söhbəti barədə yazır: “Mən Oval kabinetdən çıxarkən Buş soruşdu: “O, dəqiq demədi də, Sibir xorası ilə bağlı sınaq şüşələrini harda saxlayır?”. Otaqdakıların hamısı güldülər”.

Səddam ABŞ-a güvəndi, öz hakimiyyətini də bu güvənc altında qurdu. Nəticədə ondan yaxın şərqi zəiflətmək üçün istifadə etdikdən sonra tarixin səhifəsindən biabırçı şəkildə sildilər.

Ukrayna Avropada qaz böhranı yaradır –

13.01.2025 · 12:28 · Dünya

Qlobal enerji tələbatının artması və Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin dayandırılması maye qaz çatışmazlığı təhlükəsi yaradır. 

Azpost–un məlumatına görə, bu barədə Bloomberg məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu isə potensial olaraq təbii qaz üçün qlobal mübarizəyə səbəb olacaq.

Nəşrin yazdığına görə, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması və boru kəməri ilə yanacaq tədarükünün azalması mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda rəqabəti artırır. Avropanın defisitini ödəmək üçün 2024-cü ilə nisbətən 10% daha çox LNG tələb olunacaq. Bu, Hindistan, Banqladeş və Misir kimi yoxsul ölkələr yüksək qiymətləri ödəyə bilməyəcək, bu isə onları bazardan sıxışdıracaq.

Yeni LNG (maye qaz) istehsal gücü 2026-cı ilə qədər gözlənilmir. Bu da enerji böhranı riskini artırır.

Eyni zamanda, ABŞ-ın Rusiya enerjisinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməsindən sonra neft qiymətləri dörd ayın ən yüksək həddinə çatıb. Brent neftinin bir barelinin qiyməti 81 dolları, Qərbi Texas neftinin qiyməti isə 78 dollara yüksəlib.

Sanksiyalar Rusiyanın sanksiyadan yan keçən tədarükünü gündə 800 min barel azaltmaqla hədələyir. Bu da Hindistan və Çinin neftə çıxışını əngəlləyə bilər.

AzPost

Abşeronda bir Pakistan vətəndaşı ölüb, digəri yaralanıb

13.01.2025 · 11:54 · Kriminal
xəstəxanaya

Abşeronda bədbəxt hadisə baş verib.

Hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

İlkin məlumata görə, zavodda baş verən bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.

Fakt araşdırılır.

Sumqayıtda maşında yanan adam ora necə girib?

13.01.2025 · 11:35 · Kriminal
Yanvarın 12-də Sumqayıtın Kimyaçılar qəsəbəsində avtomobildən yanmış kişi meyiti tapılıb. Aparılan araşdırmalarla “Kia Sorento” markalı avtomobildə meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənli olduğu müəyyən edilib.
Avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib. O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanğın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.
Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır. Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib.
Qafqazinfo-nun məlumatına görə, avtomobilidə yanaraq ölən şəxs narkotik aludəçisi olub. Kimyaçılar qəsəbəsində yaşayan F.Həsənli gecə saatlarında küçədə gördüyü avtomobilin şüşəsini sındıraraq içəri daxil olub.
O, soyuqdan qorunmaq üçün daxil olduğu avtomobilin içində ocaq yandırıb və yuxuya gedib. Salonun alovlanması nəticəsində R.Nəzərova məxsus avtomobil tamamilə yararsız hala düşüb və maşından çıxa bilməyən Fikrət yanaraq ölüb.