Magistraturaya sənəd qəbulu elan edilib

13.01.2025 · 11:24 · Sosial
Buraxılış imtahanlarının qrafiki

Magistraturaya sənəd qəbulu elan edilib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2025-ci il yanvarın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Məhkəmə “Fruit Laym”la bağlı cərimə qərarını açıqladı

13.01.2025 · 11:22 · Aktual

“Fruit Laym” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

AzPost-un əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MTK ilə bağlı müraciətə baxılıb.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

 

Ötən il 151 min nəfərə onlayn qaydada müavinət və təqaüd təyin olunub

13.01.2025 · 11:16 · Sosial
Pensiya

2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə Azpost-a DSMF-dən bildirilib.

Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.

“Veysəloğlu”nun 30 illik fəaliyyətini əks etdirən

13.01.2025 · 11:10 · Sosial

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) yaranmasının 30 illiyini əks etdirən tanıtım videosunu ictimaiyyətə təqdim edib.

Təxminən iki dəqiqəlik video Şirkətin keçdiyi biznes yolunu, dəyərlərini və missiyasını nümayiş etdirir. Tanıtım çarxı Xalq artisti Zeynəb Xanlarovanın “Azərbaycan” mahnısı ilə tamamlanır.