Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dolları keçdi

07.09.2026 · 14:25 · İqtisadiyyat
valyuta

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən etibarən 3,8 milyard dollar artaraq 15,3 milyard dollara yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Mərkəzi Bankın açıqlamasına görə, valyuta bazarında təklifin tələbdən çox olması ehtiyatların artmasına imkan verib. Buna tədiyə balansının cari əməliyyatlar hesabında yaranan profisit və maliyyə sektorunda dollarlaşmanın azalması da təsir göstərib.

AMB yalnız avqust ayında valyuta bazarına 1,5 milyard dollar həcmində alış məqsədli müdaxilə edib. Bunun nəticəsində ilin əvvəlindən bankın valyuta ehtiyatları 33 faiz, yaxud 3,8 milyard dollar artıb.

Mərkəzi Bank bildirir ki, valyuta bazarında aldığı vəsaitin gələcəkdə bazarda yaranacaq tələbdən asılı olaraq tam və ya qismən yenidən satışa çıxarılması mümkündür. Bu addım bazarda tarazlığın qorunmasına xidmət edə bilər.

AMB makroiqtisadi sabitliyin təmin olunması məqsədilə valyuta bazarında alış və ya satış əməliyyatlarında iştirakını davam etdirəcəyi halda, bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.

AzPost.az

Kobaxidzedən Azərbaycanla bağlı açıqlama: “Sıx münasibətlərimiz var”

07.09.2026 · 14:21 · Siyasət

Gürcüstan Azərbaycan və Ermənistanla əlaqələrini yüksək səviyyədə qiymətləndirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, ölkə qonşuları ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Baş nazirin sözlərinə görə, Tbilisinin xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biridir. O qeyd edib ki, son aylarda Mərkəzi Asiya ölkələri ilə də siyasi və iqtisadi əlaqələrin inkişafı istiqamətində intensiv təmaslar həyata keçirilib. Kobaxidze son bir neçə ay ərzində həmin regionun ölkələrinə üç dövlət səfəri etdiyini, Mərkəzi Asiyanın iki dövlət başçısının isə Gürcüstana gəldiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstan özünün əlverişli coğrafi mövqeyindən iqtisadi və siyasi baxımdan daha səmərəli istifadə etməyə çalışır.

Kobaxidze ölkənin müxtəlif dövlətlərlə azad ticarət sazişlərinə malik olduğunu və bunun Gürcüstan üçün əhəmiyyətli iqtisadi imkanlar yaratdığını vurğulayıb.

Baş nazir həmçinin Orta Dəhliz üzrə daşımaların artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-ci ildən etibarən bu marşrut üzrə yük dövriyyəsi təxminən yeddi dəfə yüksəlib.

AzPost.az

07.09.2026 · 14:18 · Siyasət

Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən qəbul edilib.

AzPost.az

07.09.2026 · 14:16 · Siyasət

Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən qəbul olunub.

Sənədə əsasən, Osman Xaliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə rəhbərlik edəcək.

AzPost.az