Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olundu

23.09.2026 · 11:58 · Kriminal

Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub.

Bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.

Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.

AzPost.az

Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 · 11:53 · Baş Yazı

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:

1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli hökmü ilə məhkum edilib.

2. Bağırov Elşən Malik oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 21 iyun tarixli hökmü ilə məhkum edilib.

3. Balabəyov Fikrət Əlibəy oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli hökmü ilə məhkum edilib.

4. Bayramov Hikmət Abduləli oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli hökmü ilə məhkum edilib.

5. Beybudlu Xəyal Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 24 aprel tarixli hökmü ilə məhkum edilib.

6. Demir Mehmet, 1990-cı ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2025-ci il 19 iyun tarixli hökmü ilə məhkum edilib.

7. Əliyev Maarif Eldar oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 iyul tarixli hökmü ilə məhkum edilib.

8. Kərimov Sahil Aqil oğlu, 2004-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilib.

9. Qasımov Rəfail Güloğlan oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 13 iyun tarixli hökmü ilə məhkum edilib.

10. Mikhayılov Kirill Vladimiroviç, 1980-ci ildə anadan olmuş, Rusiya Federasiyasının və İsrail Dövlətinin vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2024-cü il 12 dekabr tarixli hökmü ilə məhkum edilib.

11. Muradov Qurban Sultan oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilib.

12. Musayev Cəlal İlham oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2023-cü il 31 may tarixli hökmü ilə məhkum edilib.

13. Özdemir Salih, 1981-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2024-cü il 12 iyun tarixli hökmü ilə məhkum edilib.

14. Rəhimov İqbal Əliabas oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 26 aprel tarixli hökmü ilə məhkum edilib.

15. Rüstəmov Elman Yaşılxan oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 26 avqust tarixli hökmü ilə məhkum edilib.

16. Ryan Martin Riçard, 1988-ci ildə anadan olmuş, Fransa Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə məhkum edilib.

17. Sabir Sonia, 1995-ci ildə anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli hökmü ilə məhkum edilib.

18. Süleymanov Sürət Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli hökmü ilə məhkum edilib.

19. Süleymanzadə İlqar Vüqar oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2022-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilib.

İmişli Rayon Məhkəməsinin 2026-cı il 10 mart tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Dadaşov Əziz İman oğlu cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

AzPost.az

Putin NATO ölkələrinə qarşı yeni “Gera­n-5” PUA-larından istifadə edə bilər

23.09.2026 · 10:46 · Dünya

Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə qarşı yeni yüksək sürətli zərbə dronları olan “Geran-5”dən istifadə imkanını ciddi şəkildə nəzərdən keçirdiyi iddia olunur.

Azpost.info bildirir ki, bu barədə Daily Express Avropanın bir sıra liderləri arasında münaqişənin qlobal eskalasiyası ilə bağlı artan narahatlıqlara istinadən yazıb.

NATO-nun şərq cinahı ilə bağlı narahatlıq

Polşanın Baş naziri Donald Tusk Rusiyanın Ukraynaya fəal dəstək verən ölkələrə qarşı genişmiqyaslı raket-dron hücumları həyata keçirə biləcəyini istisna etməyib.

Tuskun fikrincə, Moskva bununla NATO-nun kollektiv müdafiəni nəzərdə tutan Vaşinqton müqaviləsinin 5-ci maddəsinin praktikada nə dərəcədə işlədiyini yoxlamağa cəhd göstərə bilər.

Xəbərdə xüsusi diqqət “Geran-5” dronlarına yönəldilir. İddiaya görə, bu aparatların 90 kiloqrama qədər döyüş başlığı daşımaq, əvvəlki nəsillərlə müqayisədə daha yüksək sürətlə uçmaq və 960 kilometrdən artıq məsafə qət etmək imkanları var.

Fransa Prezidenti Emmanuel Makron da Rusiyanın mümkün addımları ilə bağlı xəbərdarlıqları əsaslı hesab etdiyini bildirib.

Ukraynada yeni dronların istifadəsi

Məlumata görə, Rusiya qüvvələri Ukrayna cəbhəsində reaktiv dronları da sınaqdan keçirir. Bu proses Ukraynanın hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı ilə bağlı məlumatların yayıldığı bir dövrə təsadüf edir.

Müharibəni izləyən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitik hesabatlarında “Geran-4” və “Geran-5” reaktiv aparatlarının Ukraynanın radar sistemlərinə qarşı istifadəsinin artdığı qeyd olunur.

Xəbərdə bildirilir ki, Rusiya qüvvələrinin əsas hədəflərindən biri payız-qış mövsümü ərəfəsində Xarkov, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində hava məkanına nəzarət edən radar sistemlərinin sıradan çıxarılmasıdır.

Ekspertlərin qiymətləndirməsinə görə, Ukrayna qüvvələrinin reaktiv hədəflərə qarşı istifadə edə bildiyi vasitələr arasında əsasən “hava-hava” tipli raketlər dayanır və onların sayı məhduddur.

Bununla yanaşı, Ukrayna tərəfi yeni mübarizə üsullarından da istifadə edir. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl yerli istehsal olan dron-interseptorun Rusiya istehsalı reaktiv dronu məhv etdiyini göstərən görüntülər yayımlamışdı.

N.Talıblı

AzPost.az

“Ermənistan yeni AES üçün 5 ölkənin təklifini gözləyir” –

23.09.2026 · 10:36 · Katogriyasız

Ermənistan yeni atom elektrik stansiyasının tikintisi üçün ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya ilə danışıqlar aparır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən “Concordia” illik sammitində panel müzakirəsi zamanı bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanın mövcud atom elektrik stansiyasının istismar müddətinin başa çatması yaxınlaşır və ölkə növbəti AES-in tikintisi ilə bağlı qərar vermək mərhələsindədir.

“Hazırda növbəti atom elektrik stansiyası ilə bağlı qərar qəbul edirik. Bu çərçivədə müxtəlif tərəfdaşlarla – ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya ilə danışıqlar aparırıq. Yeni atom elektrik stansiyasının tikintisinə başlamaq üçün ən yaxşı təklifi axtarırıq”, – Paşinyan deyib.

Ermənistan hökuməti daha əvvəl yeni AES üçün texnologiyanın seçilməsində qiymət, keyfiyyət və tikinti müddətinin əsas meyarlar olacağını açıqlayıb. Ölkə müxtəlif tərəfdaşların təkliflərini, o cümlədən modul tipli reaktor variantlarını nəzərdən keçirir.

Ermənistan enerji baxımından özünü təmin etmək istəyir

Paşinyan yeni texnologiyaların Ermənistan üçün enerji sahəsində daha böyük imkanlar yaratdığını bildirib.

Onun sözlərinə görə, ölkənin böyük günəş enerjisi potensialı və sürətlə inkişaf edən günəş generasiya gücləri var.

“Yeni texnologiyalar şəraitində Ermənistanın enerji baxımından özünü təmin etmək üçün yaxşı imkanları var. Bizim böyük günəş resurslarımız və günəş enerjisi istehsalı güclərimiz mövcuddur. Onlar çox sürətlə inkişaf edir”, – baş nazir bildirib.

Paşinyan hazırda Ermənistan üçün əsas məsələlərdən birinin enerji saxlama güclərinin yaradılması olduğunu deyib.

Onun sözlərinə görə, indiyədək ölkədə böyük həcmli enerji saxlama imkanları olmayıb və indi bu istiqamətdə iş aparılır.

Ermənistanın mövcud Metsamor AES-in istismar müddətinin uzadılması ilə yanaşı, yeni atom enerji blokunun yaradılması üzərində də iş gedir. Ermənistan hökuməti yeni stansiyanın texnologiyasını ən gec 2027-ci ilin sonunadək seçməyi planlaşdırır.

Paşinyan daha əvvəl yeni AES layihəsinin seçilməsinin geosiyasi seçim olmadığını, əsas meyarın ən yaxşı qiymət-keyfiyyət nisbəti olduğunu bildirib. Rusiya da daxil olmaqla bütün potensial tərəfdaşların təklifləri nəzərdən keçirilir.

AzPost.az