Ramzan Kadırovun oğlu Qroznıda qəzaya düşüb

16.01.2026 · 22:42 · Dünya

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov yol-nəqliyyat hadisəsindən sonra Qroznıda xəstəxanaya yerləşdirilib.

Bu barədə “Kavkaz.Realii” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kadırovun yerləşdirildiyi xəstəxanaya gedən yollar bağlanıb.

Qeyd olunur ki, Adam Kadırovun korteji yüksək sürətlə, avtomobillər ard-arda hərəkət edərkən qəfil maneə ilə üzləşib.

Nəticədə avtomobillər bir-birinə çırpılıb. Xəsarət alanların digər şəxslərin də olduğu vurğulanır. /APA/

AzPost bildirir ki, Çeçen müxalifət nəşrləri Kadırovun kiçik oğlunun avtomobil qəzasında ağır yaralandığını bildirirlər. Qroznıya giriş bağlanıb.

Adam Kadırovun reanimasiyada olduğu və Moskvaya daşınmağa hazırlandığı güman edilir. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzada çoxsaylı itkilər olduğu iddia edilir: Kadırovun korteji yüksək sürətlə hərəkət edib. Yolda qəfil maneə yarandığı üçün maşınlar bir-birinə çırpılmağa başlayıb.

Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.

AzPost.az

Tramp İrana təşəkkür etdi

16.01.2026 · 22:36 · Dünya

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi tərəfindən yanvarın 15-də həyata keçirilməsi planlaşdırılan, sayı 800-dən çox olan bütün edamları ləğv etməsini böyük hörmətlə qarşıladığını bildirib və buna görə təşəkkür edib.

Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb.

“Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsini çox yüksək qiymətləndirirəm. Sağ olun!”

AzPost.az

ABŞ Rusiya İmperiyasından qalan borcunu tələb edir –

16.01.2026 · 22:02 · Dünya

Amerikanın Noble Capital RSD investisiya Fondu ABŞ federal məhkəməsində Rusiya Federasiyası, Maliyyə Nazirliyi, Mərkəzi Bank və Milli Rifah Fonduna qarşı 225 milyard dollarlıq iddia qaldırıb. İddiaçı Rusiya İmperiyası istiqrazları üzrə olan borcu ABŞ-da bloklanmış Rusiyanın suveren aktivləri hesabına ödənilməsini tələb edir.

AzPost bildirir ki, bu barədə Kolumbiya Dairəsi Məhkəməsində iddia qaldırılıb.

Cavabdehləri Marks & Sokolov hüquq firması təmsil edəcək. Rusiya Maliyyə Nazirliyinin nümayəndəsi RBC-yə bildirib ki, ABŞ -ın iddiası Baş Prokurorluğun səlahiyyətindədir. Nəşr Baş Prokurorluğa, Mərkəzi Banka, eləcə də Marks & Sokolov və Noble Capital şirkətlərinə sorğular göndərib.

İddiaçı öz ərizəsində bildirib ki, 1916-cı ildə Rusiya İmperiyası tərəfindən buraxılmış, ilkin nominal dəyəri 25 milyon dollar, illik 5,5% faiz dərəcəsi və beş illik ödəmə müddəti olan istiqrazların qanuni sahibi (hüquqi varisi) özüdür. İstiqrazlar Nyu-York Milli Şəhər Bankı (indiki Citibank) vasitəsilə yerləşdirilib və özəl investorlara təklif edilib. Onlar ABŞ dolları ilə ödənişi qızıl bəndi ilə (ödəniş valyutasını 1970-ci illərin əvvəllərinə qədər qüvvədə olan qızıl standartına bağlayan) şərtləndiriblər.

Fond iddia ərizəsində istiqrazların geri alınmadığını və onlar üzrə öhdəliklərin Rusiyaya keçdiyini israr edir. İddiaçı iddianın məbləğini ən azı 225,8 milyard dollar olaraq qiymətləndirir. Lakin son kompensasiya məbləğinin məhkəmə prosesi zamanı müəyyən edilməsi təklif olunur.

Rusiya isə ABŞ-da çar dövrü istiqrazları üzrə 225 milyard dollarlıq borcun ödənilməsi tələbi ilə yanvar ayının sonuna qədər məhkəmə iddiasının geri götürülməsini tələb edib. Bu barədə Noble Capital tərəfindən qaldırılan məhkəmə iddiasında cavabdehləri təmsil edən vəkil Sergey Sokolov bildirib.

O, çar borcunun Sovet hakimiyyəti tərəfindən ləğv edildiyini və nə SSRİ, nə də Rusiyanın bu qiymətli kağızlar üzrə məsuliyyəti qəbul etmədiyini vurğulayıb.

Rusiya 1916-cı il çar istiqrazları üzrə məsuliyyəti rədd edir. “Bu borc 1918-ci ildə Sovet hökuməti tərəfindən ləğv edilib. Nə SSRİ, nə də Rusiya Federasiyası heç vaxt beynəlxalq hüquqa uyğun olaraq onlar üçün məsuliyyətlərini qəbul etməyib”, – Sokolov bildirib. O əlavə etdi ki, bu borc öhdəlikləri çoxdan tarixin zibil qutusuna atılıb.

Sokolov bildirib ki, Rusiya Noble Capital-dan 30 yanvar tarixinə qədər iddiasını geri götürməsini tələb edir. Əks halda, onun sözlərinə görə, cavabdeh ABŞ Xarici Dövlət Toxunulmazlığı Qanununa əsasən iddianı rədd etmək üçün vəsatət qaldırmağı planlaşdırır.

 

AzPost.az

Tramp Qrenlandiya planına qarşı çıxan ölkələri hədələyib

16.01.2026 · 21:23 · Dünya
Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyanı ABŞ-a birləşdirmək planlarına qarşı çıxan, o cümlədən Avropa ölkələrinə qarşı gömrük rüsumları tətbiq etmək niyyətində olduğunu bildirib.

Tramp bunu səhiyyə məsələləri üzrə köməkçilərlə keçirilən müşavirə zamanı deyib.

“Mən bunu Qrenlandiya məsələsində də edə bilərəm. Əgər ölkələr Qrenlandiya ilə bağlı razılaşmaya müsbət yanaşmasalar, onlara qarşı rüsumlar tətbiq edə bilərəm”, – deyə ABŞ prezidenti qeyd edib.

AzPost.az