“Evdən işləyənlər”lə əmək müqaviləsi bağlanacaq

16.01.2026 · 17:36 · Sosial

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

AzPost.az

Rusiyada “Telegram”dan istifadə məhdudlaşdırıldı

16.01.2026 · 17:27 · Media

Rusiyada “Telegram”ın istifadəsi məhdudlaşdırılıb.

AzPost bildirir ki, “Roskomnadzor” bu platformanın işini ləngidib.

Məhdudiyyətlər istifadəçilərin video yükləmələrinə təsir edib.

Dövlət Dumasından bildirilib ki, “Telegram” platforma agentliklə əməkdaşlıq etdiyinə və qanunlara riayət etdiyinə görə, xidmətə Rusiyada tam qadağa qoyulmayacaq.

Deputat Svintsov bildirib ki, “Roskomnadzor” anonim kanalların ləng bloklanması səbəbindən Telegram-ı məhdudlaşdırır.

AzPost.az

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri vəzifəsindən azad olunub –

16.01.2026 · 17:15 · Sosial

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

AzPost.az

Keçmiş icra başçısının oğlu qonşusunu niyə güllələyib? –

16.01.2026 · 17:01 · Kriminal

Yevlaxda baş verən silahlı insidentin bəzi detalları məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 16-da rayonun Qoyunbinəsi kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Qoşqar Novruzova məxsus mal-qara 1987-cı il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə girib. Bitkilərə ziyan dəydiyi üçün tərəflər arasında mübahisə düşüb. Nəticədə Z.Səmədov özünə məxsus ov tüfəngi ilə Q.Novruzova atəş açaraq onu ayağından yaralayıb. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı, 2019-cu korrupsiya ittihamı ilə həbs olunmuş və 2023-cü ildə dünyasının dəyişmiş Qoca Səmədovun oğludur.

AzPost.az