2030-cu ildən robot polislər xidmətə başlayacaq

- Rusiyada
23 Oktyabr 2019 - 12:05

2030-cu ildən Rusiyada robot polislər xidmətə başlaya bilər.

Bunu Moskvada keçirilən “İnterpolitech” sərgisində robot üzrə ixtisaslaşmış şirkətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, robotlar əsasən yol polisi və miqrasiya xidməti kimi sahələrdə vətəndaşlara məsləhət vermək, həmçinin onların barmaq izlərini götürmək üçün istifadə olunacaq.

Nümayəndə bildirib ki, Rusiya daxili işlər orqanları ilə şirkət arasında müqavilə sözügedən sərgi çərçivəsində bağlana bilər.

Qeyd olunub ki, hazırda sərgidə Promobot nümayiş etdirilir. Bu versiyadan olan 200-dən çox robot artıq satılıb(azərtac).