2030-cu ildən robot polislər xidmətə başlayacaq- Rusiyada

2030-cu ildən Rusiyada robot polislər xidmətə başlaya bilər.

Bunu Moskvada keçirilən “İnterpolitech” sərgisində robot üzrə ixtisaslaşmış şirkətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, robotlar əsasən yol polisi və miqrasiya xidməti kimi sahələrdə vətəndaşlara məsləhət vermək, həmçinin onların barmaq izlərini götürmək üçün istifadə olunacaq.

Nümayəndə bildirib ki, Rusiya daxili işlər orqanları ilə şirkət arasında müqavilə sözügedən sərgi çərçivəsində bağlana bilər.

Qeyd olunub ki, hazırda sərgidə Promobot nümayiş etdirilir. Bu versiyadan olan 200-dən çox robot artıq satılıb(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kürdlər geri çəkilməsə, türk ordusunun zərbəsi altına düşəcək” –

Sonrakı məqalə

Bakı Dövlət Universitetində əməkhaqları artırıldı