24 il ərzində “Azəri-Çıraq” və “Şahdəniz”dən 567 milyon ton neft çıxarılıb –

RƏSMİ
31 İyul 2021 - 13:54

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2021-ci il tarixinədək 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Azpost.info bildirir ki, Energetika Nazirliyindən verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 535 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kub metr, “Şahdəniz”dən isə 145 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kub metrdən çoxu ixraca nəql edilib.

Ölkədə neftin emala təhvili 2021-ci ilin yanvar-iyun ayında 3,3 milyon ton təşkil edib. Neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 276,3 min ton çox olub.