25 yaşlı gənci Sahil bağında bıçaqladılar

03 Yanvar 2020 - 23:05

Bakının Səbail rayonunda bıçaqlanma olub.

Hadisə Sahil bağında qeydə alınıb.

1995-ci il təvəllüdlü Abbaszadə Mürsəl Tahir oğlu naməlum şəraitdə bıçaqlanaraq xəstəxanaya çatdırılıb. Onun üç bıçaq yarası aldığı müəyyən edilib.

Hazırda faktı Səbail polisi araşdırır. (APA)