257 nəfər deputatlığa namizədliyini geri götürüb –

1380 nəfər marafonu davam etdirir (MSK)
26 Yanvar 2020 - 09:29

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytının verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədliyin sayı 1380 nəfərdir.